İctimai nişanlama (əlfəcinləmə) nədir?

İctimai nişanlama (əlfəcinləmə) nədir?

Ssenari

Bu günlərdə Anar bir çox işini Veb üzərinden görür. Xəbər oxuyur, işi ilə əlaqəli olaraq axtarış aparır. Anar bir neçe yerdən məlumat almaqdadır: e-məktub vasitəsiylə peşəkar təşkilatlardan və kolleqalardan məlumat bülletenləri, bir çox RSS nəşrlər və axtarış motorlarından istifadə edərək hal hazırda və ya gələcəkdə lazım olacaq vəsait və məlumat tapmağa çalışır.

Əldə etdiyi məlumatı şəxsi Veb bələdçinin əlfəcin və ya nişanlama xassəsini istifadə edərək nizama salma metodu artıq səmərəsiz olmaqdadır. Belə ki, əgər məlumat bir neçə kateqoriyaya aid isə, bir neçə qovluğa qeyd etmək lazım olur. Bəzən də, iş yerində lazım olan əlfəcinin, ev bilqisayarında qeyd olduğunu kəşf edir. Başqa zaman da, nişanladığı veb saytın çalışdığı bilqisayarda olduğundan əmin olduğu halda, yüzlərcə əlfəcin arasından tapmaqdansa, Google istifadə edərək o məlumatı yenidən tapmaq daha asan olur. Bəzi saytları kolleqa və ya dostları ilə paylaşmaq istədikdə isə onları taparaq e-məktub ilə göndərməli olur. İlqar isə Anar ilə eyni şərtərdə olduğu halda məlumatı daha səmərəli tənzimləməkdədir. Səbəbi isə yaddas.com kimi ictimai nişanlama (əlfəcin) xidmətlərdən istifadə etməkdədir. Tapdığı məlumatın veb ünvanını yaddas.com xidmətinə 1 siçan kliki ilə qeyd etməkdədir. Qeyd etdiyi ünvana 1 və ya çox “teq” (açar söz) əlavə edərək, gələcəkdə teq vasitəsiylə yaddas.com-da axtarış apararaq məlumatı daha qısa zamanda istədiyi məkanda tapmaqdadır. Buna əlavə olaraq istədiyi insanlara sadəcə teqləri bildirərək, yaddas.com-a qeyd elədiyi əlfəcinləri onlarla paylaşa bilməkdədir.

Yaxşı bəs bu ictimai nişanlama (əlfəcinləmə) nədir?

Qısaca, ictimai nişanlama (əlfəcinləmə), istənilən veb ünvanları ümumi veb saytlara şəxsi əlfəcinlər arasına qeyd edərək “teq”ləməkdir (açar söz əlavə etmək). İctimai əlfəcin kolleksiyasını əmələ gətirmək üçün, yaddas.com kimi, Azərbaycanın ilk(?) milli ictimai nişanlama saytından qısa qeydiyatdan keçmək kifayətdir. Veb sayt sahibləri isə veb saytlarına ictimai əlfəcin saytının keçidini əlavə edərək, ziyarətçilərin, həmin saytın məqalə və ya bir bölməsini ictimai əlfəcinlərinə əlavə edərək, saytin “page rank”ini arttırmaqdadırlar. Axtarış motorları isə “page rank”i yüksək olan saytları ilk səhifələrində təqdim etməkdədirlər.

Yaddas.com, ilk növbədə müəllifin ehtiyaclarından meydana çixan bir proyektdir. İlk zamanlar xarici ictimai nişanlama (əlfəcinləmə) xidmətindən istifadə edən müəllif, daha sonra Azərbaycan dilində belə bir xidmətin təqdim edilməsinə qərar verdi. Mikrosoftun .NET texnologiyasından istifadə edilərək kodlanan və müəllifin dolu iş qrafiki səbəbindən, hələ beta versiyasında olmaqla bərabər, tam funksiyanal vəziyyətdədir. İstifadəçilərin təkliflərini diqqətə alaraq inkişafa açıq bir sistemdir. Hal hazırda planlanan funksiyaların alfa testleri keçirilməkdədir və yaxın zamanda beta versiyada istifadəçilərin xidmətinə təqdim ediləcəkdir. Ziyarətçilər, veb saytda yerləşən əlaqə formu vasitəsi ilə təklif və rəylərini bildirməklə sistemin inkişafında yer ala bilərlər.

İstifadə edilən qaynaq: "7 things you need to know about Social Bookmarking" URL: www.educause.edu/eli

Top