Azərbaycanda google reader-dən istifadə niyəsə aşağı səviyyədə.İnanıram ki Azəricə bu web-imkan barəsində daha ətraflı bilgiləndirmələrə ehtiyac var. bir addım da mən atıram bəs həm ona görə bu Greader-i tövsiyə edməni önəmli sayıram ki özüm netdə olanda ən çox baş vurduğum yer orası olur. yəni bağımlılıq yaradıb məndə və həm çox yararlı olduğunu düşünürəm. yəni bir an üçün təsəvvür eləyin ki netdə oxuduğunuz hər bir sayt, önəm verdiyiniz səhifələr bir yerdə cəmləşib və lazım deyil ki onları oxumaq üçün addresslərini dənə dənə biləsən yaxud uzun yollara əl atasan.
bu arada bunu da işarə edməliyəm ki google readerə bənzər başqa rss-feed(yemək-ləri oxuyan saytlar və proqramlar vardı ancaq google-dən yaxşı nə ola? həm üstəlik öbürləri denədiyimdə heçvaxt Greaderdəki rahatlığı hiss edməmişəm. Xülaəs ki mən orda çoxdandı səssiz sədasız netdə gəzirdim ki getdikcə "share","like" imkanı yaxud milləti follovv filan əlavə olundu və bu sayədə Azərbaycanlıları tapa bildim və dünyalarına girdim. malesef ən çox gözə çarpan məsələ Azərbaycan netində Azəricə yazının və azəricə saytın az olmasıdı və bu isə səbəb olur ki insanlar daha çox rusca saytlara meyillənsinlər. ona görə readerdəki azərilər də daha çox rusca təmayüllü idi qonşu türkcə dura dura. hələ bunu da artırmalıyam ki Kayzen-i zatən mən greader vasitəsi ilə tapıb və rss-ini readrimə əlavə etdim həm tapdığım gün o qədər sevinişdim ki bunca səviyyəli Azəri bloqlar və Azəri yazılar bir yerə cəmləşib deyə.. xülasə ki mən özüm indi 1000-i aşmış feedə üzvəm və hərdən bəyəndiyim saytları rss-ləri olduğunda ora atıb və daha artıq imkan yaranır ki rahatca yazılarını oxuya biləm.bunu da demək gərək ki Google readerdən istifadə çox asandı və inanmıram çox lazım ola ki bu haqda bəzi izafə izahlara keçəm.Lap naşi(yeni userlərə açıqlamaq istəsək belə deyək ki öz gmailləri ki oldu sanki readerləri də hazırdı və orda yalnız feed add eləmək qalır. onun üçün də "add subscription" düyməsinə basıb lap asan iş görmək istəsələr istədikləri bloq yaxud xəbəri saytın düz öz addresin verməlidirlər yoxsa gedib həmən saytda rss linkini tapmalıdılar. Son söz olaraq bunu deyim ki Kayzen.az-ın feedinə üzv olmuş sadecə 8 azərbaycanlı var Google readerdə bu isə burdakı çox istifadəçilərin readerdən az bəhrələndiklərini görsədir. bəlkə yaxın gələcəkdə bu güclü saytın feedinə üzv olanların sayı day.az-a üzv olanları da keçdi Azərbaycanlılar arasında..keçər yəqin ki..