İnternetə heç nə yetməz...

İnternetə heç nə yetməz...

Görəsən bütün dünyada internet materiallarını çap etmək üçün nə qədər kağız, mürəkkəb, vaxt lazımdır? İnterneti hara köçürmək və sığdırmaq olar?

Creative Cloud adlı bir qrup bu suallara cavab tapıb. Araşdırmanın nəticələrinə görə, bütün interneti yazmaq üçün yarım milyon litr mürəkkəb lazımdır. Eyni miqdarda təyyarə yanacağı bir Boeing 747-ni tam 18 min mil uçura bilmək üçün kifayət edər.
İnterneti çap etdirmək üçün 3 805 il vaxt lazımdır. Yəni məlumatları oxumağa başlamaq üçün bu əməliyyatın e.ə. 1800-cü illərdə Babillilər tərəfindən başlanması gərək idi. Amma komanda ilə işi bir az yüngülləşdirmək olar. Belə ki, əgər bütün ABŞ əhalisi (təxminən 400 milyona yaxın) eyni vaxtda yazıları çap etməyə başlasa, internet 6 dəqiqə 36 saniyə sonra oxunmağa hazır hala gələ bilər.

Bütün interneti yazdırmaq üçün Lond Island adasının yarısını örtə biləcək qədər kağız lazımdır. Yəni 700 mil kvadrat, yəni təxminən 1800 kilometr kvadrat kağız lazımdır. Bu kağızı əldə etmək üçünsə 40 min ağacın kəsilməsi lazımdır.

Bütün bunlardan sonra interneti bir də kitab halına gətirmək istəsəniz, bu kitabı qoyacaq yer tapmaqda çətinlik çəkəcəksiz. Çünki internet kitabı təxminən 600 min ton ağırlığında və 30 kilometr yüksəkliyində olacaq.

İnterneti oxumaq üçün ömür yetməz. Çünki heç ara vermədən bütün interneti oxumaq 57 min il davam edəcək. Planlarını təxirə salmaq istəməyənlər axşamları yatmadan əvvəl yalnız 10 dəqiqə oxumağı da seçə bilər. Bu vəziyyətdə isə bütün interneti oxuyub bitirməniz 8.219.088 il davam edəcək.

Top