Şəfasını bilmədiyimiz bitkilər

Şəfasını bilmədiyimiz bitkilər

Ortiliya — Borovaya matka
Çoxillik ot bitkisi olub, torpağa sərilmiş yerüstü hissəyə malikdir. Yerüstü hissəsi şaxəlidir, nazikdir, uzunsov-yumurtaşəkillidir, yarpaqlarının düzülüşü növbəlidir, Çiçəkləri xırdadır, ağ-yaşılımtıldır, zınqırovşəkillidir və bitkinin yuxarı hissəsində çətir halında toplanmışlar. Meyvələri kiçikdir, şarşəkilli qutucuqlardır, 4-6 mm ölçüdədir. İyun-iyul aylarında çiçəkləyir.
Yayılması məhduddur, amma çox asanlıqla adi dibçəklərdə əkilib-becərilir.
Müalicə məqsədilə bitkinin ancaq yerüstü hissəsindən istifadə edilir.
Ortiliya - Borovaya matka
Kimyəvi tərkibi. Bitkinin tərkibində kumarinlər, qətran, dubil və acı maddələri, iridoid, monotropein, saponinlər, flavonoidlər, fitohormonlar (fitoestrogen və fitoprogesteron), C vitamini, üzvi turşular (limon və çaxır turşuları), mikroelementlər (sink, titan, dəmir, nikel, mis, maqnezium) və s. birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin iltihabi prosesə qarşı, sidikqovucu, bakterisid, qanartırıcı, büzüşdürücü (bağırsaq), zəif bəlğəmgətirici, ümummöhkəmləndirici, ödqovucu, dezinfeksiyaedici, antiallergik, şişlərə qarşı, regenerativ və s. təsirləri var.
Təbabətdə bitkidən, əsasən qadın xəstəlikləri (iltihabi mənşəli xəstəliklər, qadın sonsuzluğu, endometrioz, menstrual və hormonal pozuntular, fibroma və miomalar, vaginit, kolpit və s.), bəd və xoş xassəli şişlər, kişi xəstəlikləri (spermatozoid defisiti, libido və s.), şəkərli diabet, böyrəküstü vəzi, qalxanabənzər vəzi mədəaltı vəzi xəstəlikləri və s. xəstəliklərdə istifadə edilir.
İstifadə qaydası.
Qadın xəstəlikləri. Bitkinin yerüstü hissəsindən quru və xırdalanmış halda 1 xörək qaşığı götürüb termosa qoymaq və üzərinə 250 ml qaynar su əlavə edib 3-4 saat saxlamaq, süzmək. Gündə 5-6 dəfə 1 xörək qaşığı qəbul etmək.
Böyrək və sidik yollarının iltihabi xəstəlikləri. Bitkidən 2 xörək qaşığı götürüb 0,5 litr qaynar suya əlavə edib zəif alovda 10 dəq. dəmləmək, soyutmaq, süzmək. Gündə 4 dəfə yeməkdən qabaq 1/4 hissə içmək.
 
Kalanxoe şirəsi
Çoxillik, həmişəyaşıl bitki olub, qalınyarpaqlılar fəsiləsinə aiddir. Dünya üzrə bitkinin 200-ə qədər növü məlumdur, amma təbabətdə bunlardan ancaq Kalanchoe pinnata növü işlədilir. Təbii şəraitdə hündürlüyü 1,5 metrə qədər olur. Yarpaqlarının düzülüşü üzbəüzdür, ətli və suludur. Aşağı yarpaqlar ovalşəkillidir, yuxarı yarpaqlar isə lələkvaridir, kənarları dişlidir və 3-5 paydan ibarət olur. Yarpaq kənarlarında olan dişlər arasından bitkinin kiçicik forması inkişaf edir ki, bun- lar da torpağa düşdükdə tez bir zamanda yeni bitki əmələ gəlir. Çiçəkləri ağımsov-narıncı rəngdədir, boruşəkillidir və bitkinin yuxarısında sıra halında düzülürlər.
Bitki yabanı halda Cənubi Amerika və Cənub-Şərqi Asiyada bitir. Amma bir dekorativ və müalicəvi bitki kimi hər yerdə əkilib-becərilir.
Kalanxoe şirəsi
Müalicə məqsədilə təzə yarpaqlarından və suyundan istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin yarpaqlarının tərkibində C, K və P vitaminləri, flavonoidlər, katexinlər, üzvi turşular (limon, izolimon, sirkə, alma), fermentlər, polisaxaridlər, dubil maddələri, mikro və makroelementlər (dəmir, alüminium, maqnezium, kal- sium, manqan) və s. birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin iltihabi prosesə qarşı, an- tiseptik, yarasağaldıcı, qankəsici, tonusartırıcı, regenerativ, bak- terisid, antivirus və s. xüsusiyyətləri var. Təbabətdə bitkidən, əsasən gec sağalan yara və xoralar, furunkullar, irinli yaralar, yanıqlar, qızılyel, osteomielit, daxili qulağın iltihabı, qadın xəstəlikləri (uşaqlıq və yumurtalıqların iltihabı, eroziyası), hay- morit, poliartrit, artroz, ağız boşluğu xəstəlikləri, ağciyər vərəmi, varikoz damar genəlməsi və s. xəstəliklərdə işlədilir.
İstifadə qaydası.
Yanıqlar. Bitkinin şirəsindən 5 xörək qaşığı götürüb 1 ədəd yumurtanın ağı ilə yaxşı-yaxşı qarışdırmaq və yanmış nahiyəyə çəkmək.
Trofik xoralar. Təmiz tənzifi 4-5 qat edib kalanxoe şirəsinə batırıb yaranın üzərinə qoymaq. Əgər bərk yandırarsa bitkinin şirəsinə 1%-li, 0,5 ml novokain əlavə etmək.
Ağız boşluğu xəstəlikləri. Bitkinin spirtdə dəmləməsindən 1 çay qaşığı götürüb yarım stəkan qaynanmış, ilıq suya əlavə edib qarışdırmaq və alınan məhlulla qarqara etmək.
Ağciyər vərəmi. Gündə 3 dəfə, yeməkdən sonra, bitkinin şirəsindən 1⁄2 çay qaşığı götürüb 20-30 ml qaynanmış ilıq suya əlavə edib içmək.
Ağır xəstəlik sonrası. Bitkinin şirəsindən 150 ml, 350 ml bal və 1 stəkan Kaqor çaxırı götürüb qarışdırmaq, 5 gün saxlamaq, aradabir çalxalamaq. Gündə 3 dəfə, yeməkdən 20 dəq. qabaq 1 xörək qaşığı içmək. Müalicə kursu 3-4 həftədir.
Əks təsiri. Hamiləlik, kəskin revmatizm, qaraciyər sirrozu və ağır formalı hepatitlər, qlomerulonefrit və s. xəstəliklərdə bitkinin istifadəsi məsləhət görülmür.
 
Yapon Soforası
Paxlalılar fəsiləsinə aidolub, hündürlüyü 15 metrə qədər olan ağac bitkisidir. Gövdənin qabığı tünd-boz rəngdədir, dərin çatlıdır, çoxbudaqlıdır. Yarpaqları iri lələkvaridir, uzunluğu 11-25 sm-ə qədər olur. Çiçəkləri sarımtıl-ağdır, aromatlıdır və süpürgə şəklində budaqların sonlarına doğru çoxşaxəli çiçək qrupu təşkil edir. Meyvələri lobyaya bənzərdir, ətli-suludur, uzunluğu 12 sm qədər olur, yetişdikdə qırmızımtıl olur. İyul- avqust aylarında çiçəkləyir.
Yapon soforası
Bitkinin vətəni adından göründüyü kimi Yaponiyadır. Lakin həm dekorativ, həm də tibbi nöqteyi-nəzərdən faydalı bitki kimi dünyanın bir çox ölkələrində, o cümlədən də Respublikamızda əkilib-becərilir.
Tibbi məqsədlə bitkinin əsasən çiçək, az hallarda isə meyvələri işlədilir.
Kimyəvi tərkibi. Bitkinin paxla və çiçəklərinin tərkibində P vi- tamini, efir yağı, qətran maddələri, furokumarinlər, flavonoidlər (rutin, kempferol), zülal maddələri, soforozid qlikozidi, dubil və acı maddələri, kenistein izoflavonu qlikozidi və s. birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin qankəsici, regenerativ, yarasağaldıcı, hipotenziv, sidikqovucu, vitaminli, iltihabi prosesə qarşı, bakterisid, antiaterosklerotik, zəif sakitləşdirici və s. təsirləri var.
Təbabətdə bitkidən, əsasən qansızmalar, xroniki ishal, çətin sağalan yaralar, trofik xoralar, hipertoniya, böyrək və sidik yollarının iltihabi mənşəli xəstəlikləri, dəri xəstəlikləri (ekzema, səpkilər, yanıqlar və s.), şəkərli diabet, toksiki mənşəli qansızmalar, avitaminoz və s. xəstəliklərdə istifadə edilir. İstifadə qaydası.
Ateroskleroz. Bitkinin meyvələrindən quru və nisbi xırdalanmış halda 1 stəkan götürüb 1,5 litr 70%-li spirtə əlavə edib 2 həftə saxlamaq, gündəlik olaraq çalxalamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 50 ml suya 2 çay qaşığı əlavə edib içmək.
 
 
Mənbə: Fito.az
Top