Flora kateqoriyası üzrə məqalələr

Şəfasını bilmədiyimiz bitkilər

Ortiliya — Borovaya matka
Çoxillik ot bitkisi olub, torpağa sərilmiş yerüstü hissəyə malikdir. Yerüstü hissəsi şaxəlidir, nazikdir, uzunsov-yumurtaşəkillidir, yarpaqlarının düzülüşü növbəlidir, Çiçəkləri xırdadır, ağ-yaşılımtıldır, zınqırovşəkillidir və bitkinin yuxarı hissəsində çətir halında toplanmışlar. Meyvələri kiçikdir, şarşəkilli qutucuqlardır, 4-6 mm ölçüdədir. İyun-iyul aylarında çiçəkləyir.
Yayılması məhduddur, amma çox asanlıqla adi dibçəklərdə əkilib-becərilir.
Müalicə məqsədilə bitkinin ancaq yerüstü hissəsindən istifadə edilir.
Davamı →

Dəmirtikanı bitkisinin faydaları

Dəmirtikan Azərbaycanda çox bitməsinə baxmayaraq az istifadə olunan, lakin olduqca faydalı bitkidir. Başqa bitkilərdə olmayan özəllikləri var. Dəmirtikanın tərkibində olan tribulus adlı maddə hipofiz vəzin fəaliyyətinin pozulması nəticəsində səviyyəsi azalan testesteronun qanda miqdarını artırır. Maraqlıdır ki, bəzən hipofiz vəzdə əmələ gələn şişin təsirindən qanda testesteron səviyyəsi arta da bilər, həmin halda da dəmirtikanın istifadəsi məsləhət görülür.
Davamı →

Tərxun dəmləməsi

Tərxun qədim zamanlardan müalicəvi bitki kimi tanınır və istifadə olunur. Tərxun fotonsidlərlə zəngindir. Fitonsidlər iltihablarla mübarizə aparır. Həmçinin tərxunun qurdəleyhinə təsiri var, sinir sistemi üçün çox faydalıdır, immun sistemini möhkəmləndirir. Sizə tərxundan hazırlanmış çox faydalı və dadlı dəmləmənin reseptini təqdim edirik.
Davamı →

Nərgiz transplantasiyaları

Zərdabların yetişdirilməsi floristlər arasında çox məşhur bir fəaliyyətdir. Onun populyarlığı çox sadəcə izah olunur — bu çiçək gözəlliyi, çeşidlərin çeşidini, bərpası asanlığını və iddiasızlığı birləşdirir.
Bu yazıda nərgək nəqlinin yolları və vaxtı haqqında məlumat verəcəyik, həmçinin çiçəkləmə zeytunlarını transplantasiya etmək mümkün olub olmadığını müəyyən etməyə çalışacağıq.
 Nərgizlər kifayət qədər sürətlə çırpılmasına baxmayaraq (bir il ərzində yalnız bir soğanı əkməklə, bir ildə 4-6 çiçək ilə bir kol əldə edəcəksiniz), nəql edərkən qəbul edilən qaydalara riayət etmək daha yaxşıdır.
Davamı →

Pərpərən bitkisinin faydaları

Pərpərən, Pərpətöyün, Gəlinbarmağı kimi tanınan bir bitki Azərbaycanın hər tərəfində yabanı olaraq bitir. Yadımdadır Sovet dönəmində pərpərənin duza qoyulmuş turşusunu Azərbaycan istehsal edirdi və dünyanın bir çox dövlətlərinə eksport edilirdi, xatırladım ki, pərpərən turşusu indi də Avropada sevilərək istifadə olunur iş adamlarımız bu barədə düşünsələr yaxşı olar İnşAllah. Pərpərənin tərkibində minerallardan sink, mis, nikel, dəmir, kalsium, kalium, natrium, maqnezium və demək olar ki, vitaminlərin bir çoxu əsasən C vitamini, A vitamini daha çoxdur.
Davamı →

Qaraqınıq otu

Qaraqınıq otu Avropa ölkələrində ədviyyat kimi tanınır və çox geniş istifadə olunur. Avropada bu ot «oreqano» adlandırılır.
Qaraqınıq otunun bir çox faydalı və müalicəvi xüsusiyyətləri var. Onlardan ən əsası güclü antibakterial xüsusiyyətidir. Sübut olunub ki, oreqanonun tərkibində olan karvakrol maddəsi bir çox mikrob və göbələkləri məhv edir.
Elmi araşdırmalar göstərib ki, qaraqınıq otunun antibakteriaa xüsusiyyətləri hətta bəzi antibiotiklərindən də üstündür. Oreqano hətta ən davamlı mikrob sayılan qızılı stafilokokk məhv edə bilir.
Davamı →

Qıjıkimilər. Qıjıların çoxalması

Qıjıkimilərin əlamətləri. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir.
Qıjıkimilərin müxtəlifliyi. Qıjıkimilərə qıjılar, qatırquyruğular və plaunlar aiddir. Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə, xüsusən meşə örtüyü altında rast gəlinir. Əksəriyyətinin gövdəsi otşəkillidir, lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir. Qıjıkimilər arasında lianlara da rast gəlinir.
Davamı →

Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti

Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Nümayəndələri mikroskopik ölçüdən nəhəng formalara qədər olur. Tallomları sapşəkilli, kürəşəkilli, lövhəşəkilli və s. olur. Yosunlar suyun dibinə sapşəkilli çıxıntıların – rizoidlərin (yun. rizo – kök, eydos – bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntıların köməyi ilə birləşir. Qonur və qırmızı yosunlar avtotrof yolla qidalanır və suda həll olmuş oksigenlə tənəffüs edir.
Davamı →

Çoxhüceyrəli yaşıl yosunlar

Çoxhüceyrəli yaşıl yosunlar. Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli, lövhəşəkilli və ya digər formalı tallomdan (yun. tallos – cücərti) ibarətdir. Onların əksəriyyətinin toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan sularda rast gəlinən – ulotriks, spirogira və dənizlərdə yaşayan ulvanı misal göstərmək olar.
Çoxhüceyrəli yaşıl yosunların çoxalması. Çoxhüceyrəli yaşıl yosunlar da qeyri-cinsi və cinsi yolla çoxalır.
Ulotriks yosununun çoxalması. Ulotriksin substrata yapışan hüceyrəsindən başqa hər bir hüceyrəsi dördqamçılı hərəkətli zoospor əmələ gətirə bilir. Onlar suya çıxaraq üzür və əlverişli yer taparaq suyun dibinə çökür. Bölünərək yeni yosun saplarına başlanğıc verir.
Davamı →

Alaqanqal

İndi yaşıl alaqanqal artıq yavaş-yavaş çıxmaqdadır. Belə ki, alaqanqal dibdən kəsilir, bıçaqla üstü təmizlənilir və yeyilir. Bu zamanlarda yeyilən bir bitkidir və 15-20 gündən sonra yemək olmaz. Çox dadlı olmasa da çox faydalıdır.Alaqanqalda zəngin silimarin maddəsi vardır. Silimarin həm də alaqanqalın yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığına və öd qatılığına da faydalıdır.
Davamı →
Top