Alaqanqal

Alaqanqal

İndi yaşıl alaqanqal artıq yavaş-yavaş çıxmaqdadır. Belə ki, alaqanqal dibdən kəsilir, bıçaqla üstü təmizlənilir və yeyilir. Bu zamanlarda yeyilən bir bitkidir və 15-20 gündən sonra yemək olmaz. Çox dadlı olmasa da çox faydalıdır.Alaqanqalda zəngin silimarin maddəsi vardır. Silimarin həm də alaqanqalın yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığına və öd qatılığına da faydalıdır. Dərilərində ləkələr olanlar zamanı itirmədən bol-bol yesinlər,Alaqanqalöd və qaraciyərdən qaynaqlanan ləkələr üçün faydalıdır. Uşaqlarınıza da yedizdirin, vitamin və minerallarla zəngindir, yeni qan yaradır, böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı da faydalıdır.Hepatoprotektor kimi qaraciyər xəstəliklərində (hepatit və sirrozlarda), dalaq xəstəliklərində, öd yollarının iltihabında, öddaşı xəstəliyində, kolitlərdə, xolesistitlərdə, şəkərli diabetdə və s. xəstəliklərdə istifadə edilir. Cinsi həvəsi artırır,öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Təbabətdə tərqovucu vasitə kimi də məşhurdur. Kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi  şiş və irinləmələrin müalicəsində istifadə еdilir.
İstifadə qaydası:
30 qr xammalın üzərinə 0,5 l qaynar su tökülür, su hamamında suyun yarısı qalana qədər qaynadılır, süzülür. Gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı yeməkdən 1 saat sonra daxilə qəbul edilir. Müalicə kursu 1-2 aydır. Həmçinin,toxumu toz halına salaraq gündə 4-5 dəfə, hər dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl 1 ay müddətində qəbul etmək olar.

Mənbə: fizulihuseynov.com, avismed.az
Top