Kahının nə qədər faydalı olduğunu bilirsiz?

Kahının nə qədər faydalı olduğunu bilirsiz?

Yəqin ki, hamı kahı bitkisini tanıyır və ümumiyyətlə, elə insanlar var ki, kahını sevmirlər və yemirlər. Kahı çox faydalı bir bitkidir, faydaları və rahat istifadəsi haqqında geniş yazacam.Kahı həm də demək olar ki, Respublikamızın bütün regionlarında asanlıqla becərilə bilir. Mən Bakıda həyətimə əkirəm, çox yaxşı da bitir və bütün yay-payız istifadə etmək olur. Kahı dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır, saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır. Kahının tərkibibində zəngin kalium ürək əzələsini gücləndirir, təngənəfəslikdə, ürəkdə oksigen çatışmazlığında, ürək səyrimələrində faydalıdır.

 kahının faydaları

 

Kahını çalışın gündə bir dəfə yeyin və bunu axşam yesəniz yaxşı yatacaqsınız. Kahı əsəbləri sakitləşdirir, yuxunu dərinləşdirir. Kahı hər gün yeyiləndə bağırsaqları çalışdırır, qəbizliyin qarşısını alır, babasil xəstələri üçün çox faydalıdır. Kahı yeni qan yaradır, çünki tərkibində K vitamini vardır. Bundan başqa kahıda zəngin A vitamini də vardır ki, istifadə edənlərin dəriləri parlaq olur, dəriyə cavanlaşdırıcı bir effekt verir, gözləri işıqlandırır. Kahıdan hamiləlikdə də istifadə edə bilərsiniz. Kahı zəngin mineralları və vitaminləri hesabına doğulacaq uşağın sağlam olması üçün faydalıdır.

Kahıda zəngin C vitamini də vardır ki, C vitamini bizim ən çox vitaminə ehtiyacımız olan bir vitamindir, kahının tərkibindəki zəngin antioksidantlar insanı xərçəng olmaqdan qoruyur. Kahıda zəngin omeqa3 də vardır, bu da böyüməkdə olan uşaqlar üçün çox faydalıdır. Kahıdan arıqlamaq istəyənlər geniş istifadə etməlidirlər, belə ki, kahı bağırsaqları yumşaldır, orqanizmi toksinlərdən qoruyur və yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.

Kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır, hər nemətin həddindən artıq istifadəsi zərərli olduğu üçün bu kahıya da aiddir. Belə ki, həddindən artıq istifadə qanın laxtalanmasına və cinsi istəyin azalmasına səbəb ola bilər. Kahını müxtəlif salatlara qarışdırıb üstünə zeytun yağı əlavə edib yeyə bilərsiniz, məsələn pomidor, xiyar, keşniş, pendir, kahı, şüyüd və zeytun yağı hamısını bir-birinə qarışdırıb salat hazırlaya bilərsiniz.

Kahını balaca dürmək kimi edib alça bəkməzinə vəya  narşəraba batırıb yeməyi xoşlayıram, bu zaman çox ləzzətli olur. Kahı tez xarab olan bir bitki olduğundan çalışın alan günü istifadə edib bitirəsiniz.


Müəllif: Fizuli Hüseynov

Top