Əvəlik

Əvəlik

Əvəliyin təzə-tər yarpaqlarını yeyən hər kəs onun turşməzə tamını hiss edir.
Lakin çiy yeyiləndə turş dadan əvəlik bişiriləndə yeməklərə ləzzətli tam verir.

Yerüstü hissələrindən, cavan zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salat və xörəklər hazırlanır. Kulinariyada ondan şorba, ət və balıq xörəklərinin hazırlanmasında istifadə olunur. May-iyun aylarında əvəlik çiçəkləməmiş onu yığıb saç kimi hörür və qurudaraq qışa tədarük edirlər.

Əvəlik xalq təbabətində öskürək, plevrit, bronxit, bronxial astma, qaraciyər və öd kisəsi, dəri xəstəlikləri, anemiya, qıcıqlanmış bağırsaq sindromu, ürəkbulanma və mədədə qıcqırma zamanı, eləcə də qurdqovucu vasitə kimi geniş tətbiq olunur.

Əvəliyin təzə yarpaqları və zoğlarının şirəsindən qarqara kimi istifadə edilməsi dişətinin iltihabını azaldır, qankəsici təsir göstərir.

Yarpaqlarının yumşaldıcı və iltihab əleyhinə təsirlərinə görə bir çox dəri xəstəliklərində, döyənəklərdə islatma və vanna şəklində qəbul edilir.

Qankəsici və sidikqovucu xüsusiyyətlərə malikdir və buna görə düşük təhlükəsi zamanı, həmçinin sistit, uretrit kimi xəstəliklərdə yaxşı səmərə verir, həmçinin iştahagətirici kimi geniş tətbiq olunur.

Meyvələrinin dəmləməsi kolit və qastritin müalicəsində istifadə edilir.

AZƏRTAC 
Top