Qırmızı soğanın faydaları

Qırmızı soğanın faydaları

Mütəxəssislərin fikirinə görə, qırmızı soğan ağ soğandan daha faydalıdır. Belə hesab olunur ki, onun tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə qırmızı soğanın güclü iltihabəleyhinə təsirini təmin edir.

Qırmızı soğan «antosian» maddələrlə zəngindir. Məhz bu maddələr ona belə qeyri-adi rəng bəxş edir. Antosian maddələri immun sistemini, qan damarları möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır. Antosian maddələri orqanizmə şişəleyhinə təsir edir.

Qırmızı soğanın tərkibində unikal «kversetin» maddəsi var. Kversetinin güclü spazmolitik, antihistamin, iltihabəleyhinə, ödeməleyhinə, antioksidant xüsusiyyətləri var.

Nəzərə almaq lazımdır ki, faydalı maddələrin konsentrasiyası soğanın ən yuxarıda olan qatında daha çoxdur. Bu səbəbdən qırmızı soğanın qabığını ehtiyatla soymaq lazımdır.

Qırmızı soğan həzm proseslərini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.

Qırmızı soğan qurdqovucu təsirə malikdir. Uşaqların əksəriyyəti soğanı, xüsusilə də çiy soğan xoşlamır. Ağ soğanla müqayisədə qırmızı soğanın daha yumşaq, şirin dadı var və bu səbəbdən onu çiy vəsiyyətdə az miqdarda uşaqlar üçün hazırlanan salatlara, buterbrodlara əlavə etmək olar.

Alimlər tərəfindən sübut olunub ki, qırmızı soğanı tez-tez yeyən insanların qanında «pis» xolesterinin səviyyəsi aşağı düşür. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını alır. Həkimlər həftə ərzində 3-5 baş soğan yeməyi tövsiyə edirlər.

Həmçinin qırmızı soğan qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet xəstələri bu tərəvəzi öz qidalanmasına daxil etməlidir. Kükürdlə zəngin olan qırmızı soğan dərinin, dırnaqların və saçların vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən kükürd orqanizmin qanyaratma funksiyasını yaxşılaşdırır, qanı təmizləyir.

Qırmızı soğan zökəm, soyuqdəymə xəstəlikləri, qripp, öskürək zamanı çox yaxşı kömək edir, damaqların vəziyyətini yaxşılaşdırır — iltihabəleyhinə təsir edir, damaqları möhkəmləndirir. Qədim zamanlardan qırmızı soğan kişilərdə potensiya problemlərinin müalicəsində istifadə olunurdu.

Bəzi xəstəliklər zamanı qırmızı soğanın qəbulu arzuolunmaz sayılır. Qırmızı soğan ağır böyrəklər, qaraciyər, mədə-bağırsaq sistemi, dəri xəstəlikləri zamanı əks-göstərişdir.
Top