Dombalan göbələyinin faydaları

Dombalan göbələyinin faydaları

Kartofa bənzəyən bu qeyri-adi göbələk bütün dünyada ən bahalı və delikates məhsul sayılır. Fransız aşpazları onu «məhsulların almazı» və ya «kral göbələyi» adlandırırlar.

Xaricdə dombalan (yerdombalanı) göbələyinin 1 kq-ın qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilər. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbələk xüsusilə tez-tez istifadə olunur və sevilir.

Dombalan yalnız bahalı elit restoranlarda hazırlanır və əsasən az miqdarda olmaqla yeməklərə əlavə olunaraq bu yeməklərə qeyri-adi qoxu və dad bəxş edir.

Dombalan göbələyi dünayada çox az ölkələrdə yetişir. Bu ölkələrin arasında Azərbaycan da var. Lakin buna baxmayaraq bizdə dombalan demək olar istifadə olunmur və hətta bir çoxumuz onun nə olduğunu da bilmirik. 

Azərbaycanda dombalan göbələyi əsasən, Goranboy və Gəncədə yetişir. Bizdə bir çox bazarlarda satılan bu göbələyin qiyməti digər ölkələrlə müqayisədə qat-qat daha aşağıdır. Ərəblər turist kimi ölkəmizə gələndən dombalana tələbat artıb və onun qiyməti də bir neçə dəfə qalxıb. Lakin buna baxmayaraq Azərbaycanda bu delikates məhsulun qiyməti Avropa və ərəb ölkələri ilə müqayisədə çox ucuzdur. 

Dombalan göbələyi ən güclü afrodiziak (cinsi meyli artıran məhsul) sayılır. Bu onun əsas üstünlüyüdür. İnsanlar dombalanın bu xüsusiyyətini qədim zamanlardan istifadə edirdi.

Bundan əlavə dombalan immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir. 

İtaliyada domlalan göbələyi əsasında çox effektli cavanlaşdırıcı kremlər istehsal olunur. Bu kremlərin qiyməti olduqca bahadır.
Top