Tanjelo şirin sitrus meyvəsi olub Tanjerin və qreypfurtun süni yolla hibridləşməsi yolu ilə yaradılıb. Yetişmiş meyvənin parlaq narıncı rəngi olur. Onun ölçüsü portağal və ya qreypfurtun ölçüsü boyda, dairəvi formada, dadı turşa meyilli şirin, daxili isə arakəsməli dilimlərdən ibarətdir.
Tanjelonun qabığı qalın və asan soyulan olur. Tanjelonu ilk dəfə 1897-ci ildə Amerika Kənd Təssarrüfatı birliyi yetişdirib. İndi bu meyvədən ən çox Floridada, İsraildə və Türkiyədə yetişdirilir. Tanjelonun tərkibinin əsasını bir-neçə növ(mineola, simenol, klementin, orlando, aqli, tornton və alemoen)sitrus meyvəsi təşkil edir.
Tanjelo meyvəsini yığarkən bəzi şeylərə diqqət yetirmək lazımdır:
* meyvənin qabığı bərk, parlaq və ləkəsiz olmalıdır
* qabıqda çat olmamalıdır
* meyvənin ölçüsü tam yetişmiş ölçüdə olmalıdır.
Qida dəyəri:
— Zülallar – 0,8 qram
— Yağlar – 0,2 qram
— Karbohiodratlar – 6,2 qram
— Su – 87,5 qram
— Kalori dəyəri – 36 kKal.
Tanjelo sitrus bitkilərindən olduğu üçün onun tərkibi həmin bitkilərin tərkibinə daha yaxındır. Tanjeloda C, A, E, B9, B12 vitaminləri, kalium, maqnium, fosfor və çoxlu orqanik turşular var.
Faydalı və müalicəvi xüsusiyyətləri
Tanjelonun tərkibində olanlar avitaminozlar zamanı çox faydalıdır. Onun şirəsidən gündə 1 stəkan içmək orqanizmdə olan avitaminozun aradan qalxmasına səbəb olur. Şirəsinə limon sıxmaq isə tərkibində olan vitamin və mineralların təsirini artırır. Adətən tanjelo və limon şirəsinin qarışımını içmək hamilə qadınlara daha çox faydalıdır. Bu qarışım toksikoz əlyhinə güclü təsir göstərir və qripp xəstəliyinin əlamətlərini azaldır. Tanjelonun tərkibində olan kalum arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Tanjelo şirəsi orqanizmdən artıq xolesterinin, artıq yağların çıxarılmasına yardım edir. Tanjelodan müxtəlif soyuq desertlərin, marmeladların hazırlanmasında istifadə edilir. Ən çox Amerika və Avropa mətbəxində bu meyvədən daha çox istifadə olunur. Ondan ən dadlı meyvə-tərəvəz salatlarının hazırlanmasında istifadə edilir. Tanjelo və dəniz məhsullarından hazırlanan salatlar da çox dadlı olur. Bu meyvənin özünü və qabığının qurudulmuşunu çaya əlavə edib içmək mümkündür.
Kosmetologiya sahəsində
Kosmetologiya sahəsində tanjelo qabığından alınmış efir yağlarından geniş istifadə edilir. Bu yağlardan skrabların, sabunların, duş gellərinin hazırlanmasında istifadə edilir.
Tanjelonun zərərli xüsusiyyətləri
Xroniki mədə-bağırsaq xəstələrinə, turşuluğu çox olan adamlara bu meyvədən yeyərkən diqqətli olmaq məsaləhət bilinir. Şəkərli diabet xəstələri də tanjelo şirsindən çox içməməlidirlər. Bu onların qanında şəkərin artmasına səbəb olur. Allergiyası olan xəstələr də tanjelo yemək istədikdə çox diqqətli olmalıdır.
immunitet.az