Pando - Dünyanın ən yaşlı ağacı

Pando - Dünyanın ən yaşlı ağacı

Dünyanın ən yaşlı ağaclarından ilk sırada duran ABŞ-dakı pando ağaclarıdır. Bu ağaclar ardıcıl düzülüşü ilə diqqəti özünə çəkir. Bu ağacların 80 min ildən çox yaşı var.


Pando ağacları, eyni zamanda, dünyanın ən ağır ağacları sırasında yer alıb. Bu ağaclar ABŞ-ın Yuta ştatından başqa heç bir ölkədə yoxdur. Təxminən altı milyon kiloqramlıq ağırlığı olan və kiçik meşəlik təsviri bağışlayan ağaclar dünyanın ən ağır “canlı orqanizmi” hesab edilir. Bəzi mütəxəssislər deyirlər ki, eyni kökdən olan həmin ağacların yaşı bir milyon ildən çox ola bilər.

Mütəxəssislər bildirir ki, pando ağacları Yutada hələ uzun illər ömür sürəcək. Günümüzə qədər gəlib çatan, indiyədək yaşayan ağaclar öz gözəlliyi ilə də böyük marağa səbəb olur.
Top