Yəqin elə bir insan yoxdur ki, heç vaxt kaktus görməsin. Bu yaşıl rəngli dirəklərə hər yerdə — oranjereyalarda da, evdə də, təbiət haqqında çoxsaylı kitablarda da, hətta münasib qiymətə əldə edə biləcəyimiz hipermarketlərdə də rast gələ bilərik. İnsanlar kaktusları alaraq, evlərini bəzəyirlər, onları “sevimli kirpi” adlandırırlar. Axı, kaktuslar tikanları ilə tanınırlar.
Kaktus — ən az diqqət tələb edən bitkidir. O, hətta ən quraqlıq yerdə bitir. Məhz bu səbəbdən kaktusun bir çox növü enli gövdəsi ilə seçilir. Bu gövdə bitkiyə lazımi su ehtiyatı yığmağa kömək edir. Yeri gəlmişkən, həmin gövdə yarpaq funksiyasını yerinə yetirir, yəni karbon qazını özünə çəkir.
Məşhur tikanlar isə şıltaqlıq yox, yaşamaq üçün əsasdır. Məlumdur ki, yarpaqlar rütubəti daha yaxşı buxarlandırır. Əgər rütubət onsuz da azdırsa, deməli nə isə qeyri-adi və maraqlı bir şey fikirləşmək lazımdır. Buna görə də kaktus tikanlarla örtülüdür ki, bu da ona nəinki rütubətlilik verir, həmçinin rütubəti özünə çəkməyə imkan verir.
Tikanlar mikroskopik damcıları da özünə çəkir. Hətta yağışı gözləməyə ehtiyac qalmır: temperaturun dəyişməsindən əmələ gələn şehi ötürməmək vacibdir.
Nəhayət, tikanlar bitkiləri ləzzətlə yeyənlərdən kaktusu qoruyur və tozlanma prosesinə imkan yaradır. Kaktus inadcıl, lakin faydalı bitkidir…