Əgər bitkilərinizi sadəcə su ilə bəsləyəcəyinizə inanırsınızsa, yanılırsınız. Bitkilərə süd verdikdə olduqca bəhrəli və faydalı olur.
Araşdırmalara görə, südü bitkilər də sevir. Həmçinin süd bitkilər üçün bir çox cəhətdən faydalıdır. Tərkibindəki kalsium sayəsində insanlara olduğu kimi, heyvanlar üçün də qoruyucu və bəsləyicidir.
Bağçanıza və bitkilərinizin dibinə mütəmadi olaraq yağlı süd versəniz gənə, qönçə biti və yarpaq biti kimi həşəratlardan qoruya bilərsiniz. Bağçada işlətdiyiniz alətləri dezinfeksiya etmək üçün kimyəvi maddələrdən və bahalı mayelərdən istifadə etməyə ehtiyac yoxdur.
Bunun üçün südün antiseptik xüsusiyyətindən yararlana bilərsiniz. Bitkinizin çürüməsinin və kiflənməsinin qarşısını almaq üçün südə bir az su qataraq üzərinə səpə bilərsiniz. Məsələn, 1 litr südə 2 litr su qataraq, 10 gündən bir mütəmadi istifadə edə bilərsiniz.
Pomidorlarınızı qorumaq üçün birinci seçiminiz süd olmalıdır. Xüsusilə yağsız süddən istifadə etməlisiniz. Bunun üçün bir litr yağsız südə 10 litr su qarışdıraraq hazırlayacağınız qarışımdan iki həftədə bir dəfə istifadə etməyiniz məsləhət görülür.