Üzüm yarpağının faydaları

Üzüm yarpağının faydaları

Yarpaq dolması bişirəndə istifadə etdiyimiz üzüm yarpağı ləzzətli olmaqla yanaşı, həm də faydalıdır. 
Tərkibində yüksək faizdə olan A vitamini sayəsində göz sağlamlığını qorumağa yardımçı olur, sink sayəsində boşalma sistemini dəstəkləyir, dəmir sayəsində isə qan azlığının qarşısını alır. Bunlarla yanaşı ağız sağlığında müsbət təsirlərə sahibdir.

Anemiyanın qarşısını alır
Dəmir mineralları ilə zəngin olduğu üçün anemiya xəstəliyinə qarşı faydalıdır. Dəmir qırmızı qan hüceyrələrində hemoqlobinin yaranmasında əhəmiyyətli rol oynayır. Bu təsiri həm də dəmirin əmilməsinə kömək edən C vitamini ilə dəstəkləsək, anemiyanın qarşısının alınmasını təmin edə bilərik.

Göz sağlamlığını qoruyur
Üç tənək yarpağından ibarət bir pors yemək bədənə 124 mikroqram A vitamini verir. Bu, gündəlik A vitamini ehtiyacının 10 faizdən çoxudur. Retinol olaraq da tanınan bu vitamin bədənin rodopsin yaratmasına kömək edir və beləliklə, görmə keyfiyyətini artırır. Bununla yanaşı A vitamini antioksidant olaraq da iş görür və immunitet sistemini qoruyur, erkən yaşlanmanın qarşısını alır.

Bağırsaqları qoruyur
Tənək yarpağı bağırsaq mukozasını qoruya və bərpa edə bilən sink mineralı ilə zəngindir. Bunun sayəsində həm diareya problemində, həm də mukoza zədəsi olduğunda bağırsağın sürətlə sağalmasına kömək edir. Eyni zamanda baş ağrısının aradan qalxmasına kömək edir. Bu xüsusiyyətindən faydalanmaq üçün bir neçə üzüm yarpağını suda 15 dəqiqə qaynadıb suyunu içə bilərsiniz. Həmçinin o mədədə iltihab yaranmasının qarşısını alır.

Ağız yaralarını sağaldır
Tənək yarpağı ağız içində çıxan yaralara qarşı olduqca təsirlidir. Antimikrobik xüsusiyyətləri sayəsində həm yara, həm açılma kimi diş əti problemlərini, o cümlədən ağız qoxusunun qarşısını almağa kömək edir, diş çürüməsinə yol açan bakteriyaların böyüməsini əngəlləyir. Bu təsirindən faydalanmaq üçün bir neçə tənək yarpağını suda qaynatdıqdan sonra soyumasını gözləyin və bu su ilə qarqara edin.

Arıqlamağa kömək edir
Tənək yarpağı ilə arıqlamanı sürətləndirə bilərsiniz. İnsana bədəninin ehtiyac hiss etdiyi enerjini verən üzüm yarpağı orqanizmdən toksinlərin atılmasına kömək olur, həzm müddətini dəstəkləyir və qəbizliyi aradan qaldırır. 1 litr suya 50 qram tənək yarpağı atın və az odda qaynadın. Qaynamağa başlayanda ocaqdan götürün və 15 dəqiqə saxlayın. Sonra süzün və yeməklərdən sonra 1 fincan için.

Saç problemlərinin qarşısını alır
Saçların sağlamlığını təmin etmək, kəpəyi aradan qaldırmaq və tökülməsinin qarşısını almaq üçün üzüm yarpağından istifadə edilir. Tənək yarpaqlarını qaynadaraq, onun suyu ilə saçları yumaq fayda verir.



Üzüm yarpağının zərərləri
Üzüm yarpağının bilinən təhlükəli bir zərəri yoxdur, ancaq ölkəmizdə adətən duza qoyulmuş şəklindən istifadə edilir. Bu isə yüksək təzyiq və böyrək xəstələri üçün zərərli ola bilər. Bu təsirini azaltmaq üçün istifadədən əvvəl mütləq suda saxlanmalı və artıq duzu aparılmalıdır.
Top