Sidr qozu

Sidr qozu

Rusiyanın Sibir reqionunda yaşayan insanlar hər zaman möhkəm sağlamlığı ilə seçilir. Rusiyada hətta belə deyim də var — «Sibir sağlamlığı». Sibirlilərin fikrinə görə bunun əsas səbəbi sıx meşələr və təmiz havadır.

Sidr ağacı Sibir meşələrinin rəmzidir. Bu ağac əsl şəfa mənbəyidir. Sidr ağacı havaya müalicəvi fitonsidlər buraxır ki, bu da nəfəsalma sistemini möhkəm və sağlam edir. Ağacın qabığı və iynəyarpağı da müalicəvi məqsədlərlə geniş istifadə olunur. Sidr ağacı faydalı qozu ilə da məşhurdur. Əslində «sidr qozu» kimi tanınan məhsul qoz deyil, sidr ağacının qozasının içində olan toxumdur. Bir belə qozanın içində 150-yə qədər «qoz» var.

Sidr qozu formaya görə nar dənəsini xatırladır. Bu qozun tərkibi həqiqətən möcüzəlidir — 10-dan çox əvəzolunmaz aminturşuları, A, B qrupu, E vitaminləri, mis, marqan, kalsium, maqnezium, sink kimi minerallar, Omeqa-3 və Omeqa-6 yağlı turşular, qidalı liflər və s.

Sidr qozunun faydalı xüsusiyyətləri:
— orqanizmə ümumimöhkəmləndirici təsir edir, ağır xəstəlik və ya əməliyyat keçirmiş insanlar üçün faydalıdır
— immun sisteminə müsbət təsir edir
— ürək-damar sistemi üçün çox faydalıdır
— aterosklerozun inkişafının qarşısını alır
— qanda «pis» xolesterolun səviyyəsini aşağı salır
— sinir sistemi üçün olduqca faydalıdır
— sakitləşdirir, beyinin fəaliyyətini stimullaşdırır, beyində qocalma proseslərini ləngidir
— yuxunu tənzimləməyə kömək edir
— kişilərdə potensiyanı yaxşılaşdırır
— iştahanı azaldır və bu səbəbdən arıqlamağa kömək edir.

Sidr qozu Azərbaycanda yetişməsə də market və bazarlarda tapmaq olur. Sidr qozunu qabıqlı şəkildə alın. Qozun ləpəsi çox xoş, şirintəhər dada malikdir.

saglamolun.az
Top