Yaz aylarının ən şirin, ən gözəl meyvələrindən biri olan qovun (yemiş) insanı sakitləşdirici qoxuya malikdir. Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır. Həzm orqnlarını təmizləyir və xəstəlikləri aradan qaldırır. O şəkər, zülal və nişasta ilə zəngin olduğu üçün onu asanlıqla qida əvəzi kimi istifadə etmək mümkündür.
B vitamini və yodla zəngin olan yemişin tumu da çox faydalıdır. Yeməklərdən əvvəl bir stəkan yemiş tumu suyu içmək böyrəkləri və sidik kisəsinin təmizləyir.
Bu şirin meyvənin tumlarını suda qaynadıb için. Bu suyun cinsi gücü artırdığı və afrodizyak təsir yaratdığı deyilir.
Yemiş tumu sidikqovucu dərmandır. Sidik yolu xəstəliklərinə müalicəvi təsir göstərir. Babasil ağrılarını azaldır.
Yemiş tumlarını qaynadaraq içmək eyni zamanda, tənəffüs yolu xəstəliklərinin də aradan qaldırılmasına yardım olur.
Qara ciyər xəstələri üçün də yemiş tumu suyu faydalıdır. Ancaq gündə 1 stəkandan çox içmək lazımdır.
Yemiş tumunun suyu susuzluğa qarşı əla vasitədir. Bədəni sərinlədir.