Mərzə

Mərzə

Qədim yunanlarda bu ətirli ot güclü afrodiziak (cinsi gücü artıran ot) sayılırdı. Həmçinin qədim təbiblər bu otun köməyi ilə əsəb sistemi pozulmaları, həzm problemləri, müxtəlif ağrıları, damaq problemlərini (o cümlədən, sinqanı) müalicə edirdilər.

Ərəblər bu otun müalicəvi gücünə o dərəcədə inanırdı ki, hətta ona «marijamie» — «tayı-bərabəri olmayan» adını veriblər. Orta əsrlərdə Avropada bu ot ədviyyat kimi yüksək giymətləndirir və müxtəlif xörəklərə və içkilərə əlavə olunurdu.

Mərzənin çox zəngin kimyəvi tərkibi var — vitaminlər (B qrupu, askorbin turşusu, A, E, K), orqanik turşular, efir yağları, büzücü maddələr, minerallar və s.

Xalq təbabətində mərzə çox yaxşı sakitləşdirici sayılır. Mərzədən hazırlanan müalicəvi çay sinir pozulmaları, əsəbəlik, stress, yuxusuzluq zamanı yaxşı kömək edir. Efir yağları ilə zəngin mərzənin güclü iltiihabəleyhinə təsiri var. Mərzə dəmləməsi angina, ağız boşluğu, nəfəs yolları iltihabları zamanı faydalıdır.

Mərzə orqanizmi tonuslaşdırır, insanı daha fəal gümrah edir. Qədim Misirdə mərzəni döyüşə gedən legionerlərə verirdilər ki, bu ot onları daha cəsarətli, güclü və ürəkli etsin. Mərzə mədə-bağırsaq sisteminə antiseptik təsir edir (mikrobları öldürür), həzm proseslərini yaxşılaşdırır, köpü, ağrıları və spazmları azaldır.

Mərzə revmatizm zamanı yaxşı müalcəvi vasitə kimi tanınır. Mərzə qadınlar üçün olduqca faydalıdır — menstrual ağrıları azaldır, menstrual dövrünün tənzimlənməsinə kömək edir.

Güclü iltihabəleyhinə təsirə malik olan mərzə soyuqdəymə və qripp zaman da istifadə olunur. Qədim zamanlardan mərzənin köməyi ilə cinsi zəifliyi və impotensiyanı müalicə edirdilər. Nəzərə almaq lazımdır ki, istənilən digər ot və ədviyyatlar kimi mərzədən də sui-istifadə etmək olmaz ki, bu orqanizmə ziyan vura bilər.
Top