Qara kök

Qara kök

Antioksidant olduğu bilinən tərəvəzin, iltihab əleyhinə, quruducu və temperatur salıcı xüsusiyyəti də ortaya çıxdı. Elm adamları, qara kökün, sağlam olmayan qidalanma modelləri nəticəsində ortaya çıxan sağlamlıq problemlərinə qarşı təsirli olduğunu bildirir.

Avstraliyada Kvinslend Universitetində həyata keçirilən araşdırmada, içində olan antosiyanin adlı bənövşəyi piqmentlər sayəsində olduqca təsirli bir antioksidant funksiyası olan qara kökün, bundan əlavə, əhəmiyyətli bir iltihab əleyhinə, temperatur salıcı (anti inflamatuar) xüsusiyyəti olduğunu da müşahidə etdi.

Araşdırmalar, siçanlar üzərində həyata keçirildi, heyvanlara yağ və karbohidratlar baxımından zəngin bir diyeta tətbiq edildi.

Əldə edilən nəticələr qarşısında heyrətlənən araşdırma qrupunun rəhbəri Lindsey Braun, siçanlara tətbiq olunan sağlam olmayan qida proqramının davam etdirilməsinə baxmayaraq, bütün nəticələrin normallaşmasını müşahidə etdi. Narıncı köklərdən təxminən 28 qat çox antosiyanin ehtiva edən qara kök, antioksidant xüsusiyyəti ilə də üstünlük təşkil edir.
Top