Amerika alimləri xüsusi araşdırma apararaq, psixoloji müsbət təsir edən, nadir hallarda allergiya yaradan 5 bitkinin adını açıqlayıblar.
1. İngilis sarmaşığı: Bu bitki təkcə karbondioksidə görə qapalı yer bitkilərinin çempionu deyil. Hiyləgər sarmaşıq həm də özünə görə daha bir xüsusi və qeyri-adi üstünlüyə malikdir. O havadan ağır metal duzlarını, toksin və formaldehidləri udaraq təmiz hava yaradır. Bu bitkini xüsusilə magistral yol kənarında, evlərin aşağı mərtəbələrində yaşayanların, zirzəmidə çalışan insanların saxlaması məsləhətdir.
2. Bambuk palma: Əgər ingilis sarmaşığı ona qulluq üçün su və qidalanmasında şıltaqlıq edirsə, onu sadəcə bir neçə saatlıq gün düşən bir yerə qoymağınız kifayət edir. Tez- tez su vermək də lazım deyil, amma havanı çox gözəl təmizləyir.
3. Spafilium: Bu gözəl gül evinizdəki bütün toksinləri məhv etmək üçün səy göstərir. O aseton, benzin və müxtəlif növ spirtləri «udma» gücünə malikdir.
4. Palma «Lady»: Bu zərif «xanım» bir çox digər bitkilərdən fərqli olaraq, zərərli çirkləndiricilərdən havanı təmizləyir, insanı tənəffüs sistemi üçün faydalı olan mineral duzlarla təmin edir. Buna görə də onu evdə saxlamaq artıq bir şey sayılmamalıdır.
5. Kauçuk ağacı: Təvazökar «nənə» gülü səmərəli şəkildə havanı təmizləyir və yeniləyir. Praktik olaraq isə heç bir allergiya yaratmır. Buna görə də onu rahatlıqla çarpayının kənarına və uşaq otağına qoymaq mümkündür.