Avokadonun faydaları

Avokadonun faydaları

Avokado çoxlarının sevmədiyi meyvələrdəndir. Ancaq onun faydalarını öyrənəndən sonra hər gün avokado almaq istəyəcəksiniz. Belə bir fikrə düşsəniz, bilin ki, həmin meyvəni həm yeməklərinizə qata, həm dadlı salatlar hazırlaya bilərsiniz. Üstəlik, saç və üz dərisi üçün çox faydalı olan avokadonun maskaları da effektli olur.

1. Zehni gücləndirir
Beyni qüvvətləndirmək və zehni gücləndirmk üçün ən yaxşı üsul qidalarımıza fikir verməkdir. Avokado omeqa-3, yağ turşuları, həm də təbii E vitamini ilə zəngindir. Buna görə də, insanda problemləri həlletmə, qərarvermə qabiliyyətini artırır.

2. Xolesterini azaldır
Mütəmadi olaraq bir dilim avokado yemək orqanizminizin gündəlik yağ ehtiyacının 32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə, doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic və infarkt riskinin azalması deməkdir.

3. Vitaminlərin daha yaxşı həll olunmasını təmin edir
Bir çox vitamin yağda həll olunur. A, K, D və E vitaminləri yağda həll olunan vitaminlərdir. Yemək yedikdən sonra vitaminlərin çoxu orqanizmdən atılır. Ancaq yeməklərin yanında bir dilim avokado yedikdə, onun tərkibindəki yağlar sayəsində vitaminlər daha tez həll olunur. Beləliklə, vitaminlər orqanizmin daxilində qalaraq daha sağlam olmağınızı təmin edir.

4. Bağırsaq iltihabını yox edir
Hər kəs bağırsaq iltihabından əziyyət çəkə bilər. Bu, bəzən gizli şəkildə inkişaf edir və təhlükəli xəstəliklərə gətirib çıxarır. Avokadonun tərkibindəki yağ turşuları, C və E vitaminləri kimi əhəmiyyətli antioksidantlar bağırsaq iltihabının qarşısını alır.

5. Gözlər üçün faydalıdır
Bu meyvənin tərkibində «lutein» və «zeaksantin» adlı maddələr gözləri müxtəlif xəstəliklərdən qoruyur. Avokadonun ehtiva etdiyi «karotenoid» maddəsi gözlərin daha yaxşı görməsini təmin edir.

6. Liflə zəngindir
Avokadonun 7 faizi lifdir. Ona görə də, əsl lif anbarı hesab edilən avokado insanın gündəlik lif ehtiyacının 27 faizini ödəyir. Lifli qidaların bütün xüsusiyyətlərini daşıyır: arıqlamağa kömək edir, maddələr mübadiləsini sürətləndirir.

7. Banandan daha çox kalium ehtiva edir
Bir çox insan kalium çatışmazlığından əziyyət çəkir. Belə xəstələrə banan yemək tövsiyə olunur. Ancaq avokadonun tərkibindəki kalium banandan daha çoxdur. Bir ədəd avokado gündəlik kalium ehtiyacının 14 faizi deməkdir. Qeyd edək ki, kalium infarkt və böyrək çatışmazlığı riskinin qarşısını alır.


8. Hamilələrə tövsiyə olunur
Avokado hamilələr üçün ən yararlı qidalardan biridir. Çünki hamilə qadınlar və döl normaldan daha çox fol turşusu qəbul etməlidir. Bir ədəd avokadoda da həm hamilə qadın, həm də döl üçün zəruri olan fol turşusunun 25 faizi var.

9. Hüceyrələri yeniləyir
İnsan bədənində hüceyrələr daim yenilənir. Avokado hüceyrələrin yenilənməsi prosesini sürətləndirir. Tərkibindəki, 20 fərqli vitamin və mineral sayəsində daha sağlam hüceyrələrin yaranmasını təmin edir.
Top