Litops və ya “canlı daş” səhranın qeyri-adi bitkilərindəndir. Onlar daşa çox oxşayırlar. Litopsların üzərində tumurcuqlar çıxana kimi onları çınqılla və ya qranit qırıntısı ilə asanlıqla dəyişik salmaq mümkündür.
Litopsun 40 növü məlumdur. Vətəni daşlı sərha olan Cənubi, Cənub-Şərqi Afrikadır. Torpağın isti və quru yerlərində, əsasən digər canlı bitkilərin yaşaya bilmədiyi yerlərdə bitir. Litopsun özünəməxsus xüsusiyyətləri var. Belə ki, onlar bitdiyi torpağa və daşa bənzəyirlər.
Təbiətdə bitən litopslar +50 dərəcəyədək istiyə dözümlüdürlər. “Canlı daş”lar ətrafında eyni növə malik olan bitkilər olduqda daha yaxşı yetişirlər.
Tək şəkildə əkildikdə gec inkişaf edir, bəzən heç vaxt çiçəkləmirlər. Litopslar ekzotikanı sevənlər üçün əla bitkidir. Kaktusla oxshar xüsusiyyətlərə malik olduğuna görə kaktus həvəskarları onlara da maraq göstərir.