Havanı təmizləyən 9 otaq bitkisi

Havanı təmizləyən 9 otaq bitkisi

Yaşayış yerlərindəki çirkli hava insan xəstəliklərinin əsas səbəblərindəndir. Kərpic və beton divarlar isə formaldehid kimi zəhərli kimyəvi maddələr buraxır. Havanı işlənən plitələrin üzərində formalaşan bakteriyalar, kif, toz və karbon qazı da zəhərləyir. Evlərdə havanı təmizləyin ən yaxşı üsulu otaq bitkiləridir. 

Payızgülü
Bu bitki NASA-da çox sevilir. Məhz bu güllər kosmik agentliyin ofislərində havanın təmizlənməsi üçün istifadə edilir. Payızgülü istənilən yerdə havadakı ammiyak, benzol və formaldehidi udur.

 
Xlorofitum 
Xlorofitum tələbkar olmayan bitkidir. O, kifayət qədər geniş yayılıb. Xlorofitum mənzildə təmizlik aparakən havaya qalxan tozları və bütün kimyəvi preparatları effektiv şəkildə udur.
 
 
Drasena 
Dünyada bu bitkinin 40-dan çox növü var. Buna görə siz onu asan tapacaqsınız. Benzol, trixloretilen və ksilolun havadan kənarlaşdırılması üçün əla vasitədir. Onu da nəzərə alın ki, bu bitki pişiklər və itlər üçün bir az zəhərlidir.
 
 
Fikus 
Fikus dünya bitkisevərləri arasında ən məşhur mini ağacdır. Onu böyük dibçəklərə əksəniz həqiqətən də evdə böyük bir ağacınız olar. Amma, bir qayda olaraq, 60-120 sm-ə qədər böyüyür və yayda bitkini həyətə çıxartmaq olar.
 
 
Spatifilum 
Bu bitkinin çox gözəl gülləri olur. Yay aylarında çiçək açırlar. Kölgəli və rütubətli yerlərdə daha yaxşı inkişaf edirlər. Havada olan ammiyak, benzol, formaldehid və trixloretilen maddələrini özünə çəkir.
 
 
Nefrolepis 
Bu bitki yüksək rütubətli, sərin, işıqlı yerləri sevir. Vanna otaqları nefrolepis üçün ideal yerdir. O havanı ksilol maddəsindən təmizləyir.
 
 
Sansevieriya 
Onu ofis və restoranlarda əksər hallarda dibçəkdə görürük. Bu əbəs yerə deyil. Belə ki, sansevieriyalar demək olar ki, heç bir qulluq tələb etmir. Onları ayda bir dəfə sulamaq lazımdır: quru şəraiti sevirlər. 
 
 
Xamedoreya (Bambuk palması) 
Bu bitki havanın formaldehiddən təmizləməsi üçün dünyada ən yaxşı vasitə hesab olunur. Başlanğıc üçün ən yaxşısı onu pəncərəaltına qoymaqdır.
 
 
Əzvay 
Bu, çoxfunksiyalı bitkidir. Onun yarpaqları ilə yanıqları, soyuqdəyməni müalicə etmək və sadəcə otaqda havanı təmizləmək olar. Bir əzvay istənilən kiçik mənzilə yeni həyat gətirər.
 
Top