Kətanı el arasında böyük ehtiramla «Şimal qızılı», yaxud «Sibirin ipəyi» adlandırırlar.
Bir çox illər boyu bu nadir bitkinin imkanları haqqında təsəvvürümüz suvenir mağazalarında asılmış əl dəsmalları ilə, yaxud təsərrüfat mağazalarında qalaqlanmış tənəkə qablardakı əlif yağını seyr etməklə məhdudlaşırdı. Halbuki, kətan hərtərəfli əhəmiyyətə malik olmaqla, onun liflərindən yataq yarasının yaranmasına imkan verməyən tibbi dəyişəklərdən tutmuş, mebel və ev tikintisi zamanı dam örtüyü hazırlamaq, habelə toxumlarından alınmış yağın tərkibindən isə, insan həyatı üçün zəruri maddələr əldə etmək olar.
Kətan yağının müalicə əhəmiyyətli olması, hələ qədim Kolxidanın sakinlərinə də bəlli idi. «Tibbin atası» Hippokratın özü də kətan yağını mədənin selikli qişasında olan iltihaba, ağrı və yanığa qarşı tətbiq etmişdir. Qədim misirlilər bu yağdan kosmetologiyada fəal istifadə edirdilər. Rusiyanın şimal-qərb zonasında kətan yağı, təkcə müalicəvi əhəmiyyətli yox, həm də gündəlik qida üçün, zəruri ərzaq kimi istifadə olunur.
Inkişafda gedən proseslərlə əlaqədar, kətan yağını daha ucuz və sadə istehsal edilən günəbaxan, qarğıdalı, soya yağları əvəz edib. Son zamanlar isə, yeni elmi-tədqiqat işləri və tibdə olan yeniliklər- nəticəsində, qeyri-adi olan bu maddəyə, doğrudan da, maraq yenidən oyanmışdır.
Cavanlıq eliksiri
Bütün dünyada belə bir nəticəyə gəlirlər ki, kətan yağından istifadə etmək — qida rasionumuzun saflaşmasına yönələn mühüm bir addımdır. Onun qeyri-adiliyi, hər şeydən əvvəl, bu yağın tərkib hissəsindədir.
Kətan yağı öz bioloji əhəmiyyətinə görə ərzaq yağları içərisində mühüm bir yer tutur. Kətan toxumunun tərkibində orqanizm tərəfindən sintezləşdirilməyən 46 faiz F vitamini vardır. Bu vitaminin tərkibinə, çox qiymətli doymamış turşular daxildir. Kətan yağı beyini qidalandırır, hüceyrələrarası mübadiləni yaxşılaşdırır, əsəb sisteminə müsbət təsir göstərir, həttä qanda xolesterinin səviyyəsini azaldır, bağırsaq və mədənin funksiyasına normallaşdırıcı təsir edir, dərinin vəziyyətini yaxşılaşdırır və s. Həm də yağlar mübadiləsi pozulmasının profilaktikası üçün ondan istifadə məsləhət görülür. Alimlərin apardığı tədqiqatlar göstərir ki, kətan yağı ateroskleroz doğuran xolesterin və triqliseridə qarşı təsir göstərə bilir.
Bu qaşıqdakı lap çoxdur...
Kətan yağının müalicə komponentlərinin əhəmiyyətini düzgün qiymətləndirmək heç də asan deyildir. Gündəlik qida rasionuna, kətan yağını daxil etməklə, müalicə zamanı aparılan kliniki tədqiqatlar aşağıdakı xəstəliklərə: diabet (insulindən asılı olmayan II tip), skleroz, revmatik artrit, astma, ekzema, psoriaz və bir çox uzunsürən və iltihablı proseslərə qarşı təsirli müalicə aşkar etdilər. Böyrək və bütövlükdə sidik ifraz edən orqanın da funksiyasının fəallaşması müşahidə olunmuşdur. Alimlər zənn edirlər ki, gündə 30-40 qr kətan yağı, orqanizmin yağ turşusuna tələbatını bütünlüklə təmin edir. Profilaktika üçün az miqdarda — gündə bir çay və ya desert qaşığı qədər də qəbul etmək olar. Bir xörək qaşığı kətan yağı qan təzyiqinin 9 mm.c.s. qədər aşağı düşməsinə imkan yaradır. Xəstəliyin böhranı zamanı bunun nə demək olduğunu, hipertoniklər yaxşı başa düşürlər.
Diqqət! Ancaq soyuq halda sıxılma yolu ilə alınmış yağlar, profilaktik və müalicəvi əhəmiyyətlidir. Çox asanlıqla oksidləşdiyinə görə, onları işığın və havanın təsirindən qorumaq lazımdır.
Yarasağaldan… Toxuma
Heç bir toxuma növü kətan kimi belə faydalı xassələrə malik deyildir. О, dəriüstü səpişməyə qarşı kömək edir və immunitet sistemini daha da gücləndirir. Hələ XX əsrin əvvəllərində xəstələri yaş kətan parçasına bükərək, iflic, hipertonik, podaqra kimi xəstəlikləri müalicə edirdilər. Müharibə gedən müddətdə qanaxmanı dayandırmaq üçün, məhz kətan sarığından istifadə edirdilər. Belə sübut edilib ki, kətan parçasından olan dəyişək bir çox dəri xəstəliklərini aradan qaldırır.