Qırmızı soğanın faydaları

Qırmızı soğanın faydaları

Ürək çırpıntısını yox edir. Qırmızı soğan suyu ürəyi gücləndirir.

Xolesterolu aşağı salır.

Həzm problemini həll edir.

Qan yaratmağa kömək edir.

Tərkibindəki esterlər qan laxtalanmasına mane olur.

Qan təzyiqini aşağı salmaq təsirinə malikdir.

Şəkər xəstələrinin bol miqdarda qırmızı soğan yeməsi məsləhətdir.

Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün qırmızı soğan suyu sürtülür.

Öd kisəsi ifrazatını artırır və daş yaranmasının qarşısını alır.

Əl və ayaq dırnaqları tez qırılırsa, tez-tez qırmızı soğan suyunda ovun.

Ayaq, qarın, sinə və əllərdəki şişmələrə qarşı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı soğan suyu içilir.

Burun qanamasını durdurmaq üçün soğanı kəsib qanayan buruna tıxayırlar.

Çiban tez yetişsin deyə qırmızı soğanın yarpaqları qaynadılaraq çibanın üzərinə qoyulur.

Sidik yolu ağrılarında təzə kəsilmiş və isidilmiş soğan isti-isti ağrıyan yerin üzərinə qoyulur və bu, bir neçə dəfə təkrarlanır.

Qabarları yox etmək üçün sirkənin içərisində qaynadılan qırmızı soğanı qabar olmuş yerə qoyaraq bağlayın və bir neçə dəfə bunu təkrarlayın.

Qarın sancıları və mədə qanamalarına qarşı çox incə doğranmış soğan süd içərisində qaynadılaraq içilir.


Boğaz iltihabı, səsin gözəlləşdirilməsi, sinr xəstəliklərin müalicəsində, öskürək, bronxit, boğaz ağrılarının ən yaxşı dərmanı soğan suyunun bala qarışdırılaraq yeyilməsidir. Gündə 3 xörək qaşığı yeyilməlidir.

Top