Hər birimiz bilirik ki, bu məhsulu bişirdikdə hökmən onu duzlu suya qoymaq məsləhətdir.
Bunu adətən acılığı götürmək üçün edirik, lakin bunun başqa səbəbi də var. Daha önəmli səbəb odur ki, badımcan qızarıldıqda yağı özünə çox hopdurur. Duz isə bu prosesin qarşısını alır. Yağın hopmaması üçün digər üsul,qızartmadan əvvəl doğranmış badımcanı suda qaynadmaqdır.
Bilin ki, çox yetişmiş badımcanı bişirmək məsləhət görülmür, çünki onun tərkibində yüksək miqdarda salonin vardır. Xeyirinə gəldikdə isə ən önəmli məqamlardan biri odur ki, badımcan, qanda olan xolesterinin səviyyəsini aşağı salır. Badımcanın tərkibində bədəndə maye balansını normallaşdıran və ürək əzələlərinin işini yaşılaşdıran, önəmli element kaliy vardır. Həmçinin C, B, B2, PP vitaminləri və karotin də vardır. Mineral maddələrə gəldikdə isə, o, kaliy, natriy, kalsiy, fosfor və dəmirlə zəngindir.
Badımcan, bədəndə olan maye-duz mübadiləsini normallaşdırır, sidik turşusundan duzları çıxardır və kalinin əvəzolunmaz mənbəyi sayılır. Bu məhsulu daha çox podaqra, ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, qəbizlik, böyrək və qaraciyər funksiyasının pozğunluqları zamanı istifadə etmək orqanizminiz üçün çox məsləhətli sayılır.
Mütəxəssislər badımcanı mədə- bağırsaq xəstələri üçün mütləq hesab edirlər. Ateroskleroz xəstəliyinin profilaktikası və müalicəsində badımcanın istifadəsi məsləhətlidir, buna səbəb isə odur ki, o, bədədən xolesterinin çıxmasını gücləndirir və qanda onun konsentrasiyasını yox edir. Badımcan həmçinin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən yaşlı insanlar üçün çox məsləhətli sayılır, belə ki, tərkibində olan kaliy, ürəyin işinə müsbət təsir göstərir, orqanizmdən artıq mayenin çıxarılmasına səbəb olub maye balansının normallaşmasını təmin edir.