Badamın faydaları

Badamın faydaları

Kaliforniya Universitetində aparılan araşdırmaların nəticələrinə görə badamın içində dərmanların tərkibində olan bəzi maddələrin olduğu təsbit edilib. Eyni zamanda bəlli olub ki, nizamlı badam istifadə edənlərin beyin hüceyrələri daha gec yaşlanır.

Aparılan başqa bir araşdırmanın nəticəsində badamın toxluq hissi yaradaraq yemək yemə istəyini azaltdığı da təsdiq edilib.

Badam imtina edilməz çərəz növündən biridir. Bəs badamın faydaları nələrdir?

Qanda olan şəkəri tənzimləyir. Bor baxımından zəngindir, sümükləri möhkəmləndirir.

Badam bir Omeqa 3 qaynağı olaraq ürək və damar xəstəliklərinin qarşısını alır. Qanın laxtalanmasına mane olur, təzyiqi və şəkəri tənzimləyir. Tərkibindəki kalsium xolesterolu aşağı salır və sümük əriməsinin qarşısını alır.

Badam eyni zamanda bədəni gücləndirir, dad duyğusunu artırır. O eyni zamanda hamiləlik dönəmində qadınlar üşün çox faydalıdır.

Bizə ilk baxışdan adi görünən bu çərəz sidik yollarında və cinsi orqanlardakı iltihabların aradan qaldırılmasında da əhəmiyyətli rola malikdir.

Xərçəng və infarkt kimi xəstəliklərə qarşı qoruyucudur. Badam yağından quru dəri, saç və dırnaq baxımında da istifadə etmək məsləhətdir.

Sonda onu da xatırladaq ki, acı badamdan istifadə edərkən ehtiyatlı olmaq məsləhətdir. O öskürəyi kəssə də, çox qəbul edildiyi zaman zəhərlənməyə səbəb ola bilər.
Top