Bizim hər birimizin çox sevdiyi meyvə, tərəvəz və ədviyyat olsa da, çoxumuz, güman ki, onların haradan gəldiyini və hətta bitkilərinin hansı formada olduğunu bilmirik. Buna görə də, biz 22 ədəd dadlı meyvə, tərəvəz və ədviyyatdan ibarət onların necə yetişdiklərini göstərən siyahı tərtib etdik.
Biz əminik ki, siz onların bəzilərinin necə becərildiyini bilsəniz də hamısı ilə tanış deyilsiniz. Mən şəxsən bilmirdim ki, anakardium (püstəkimilər fəsiləsindən olan bitki) bu formada olur və and içə bilərdim ki, kivi ağacda yetişir. Həmçinin, maraqlıdır ki, bu bitkilərin müxtəlif hissələrini yeməyi xoşlayırıq. Darçın qabığı, yerfındığı kökləri, tikanlı kəvər zoğları, küncüd toxumu və banan öz bitkilərinin müxtəlif hissələrindən yetişirlər və hər biri çox dadlıdırlar.
Bu bitkilərin çoxu bizim yeyə bilmədiyimiz geniş bitki sinfinin sadəcə bir yeməli növünə aiddir. Supermarketlərdən əldə etdiyimiz banan növləri yeməli olanlardır, lakin çox növlərininin bərk toxumları olduğuna görə biz onları yeyə bilmərik.
Yediyimiz meyvə və tərəvəzin haradan gəldiyini və necə yetişdiyini bilmək vacibdir, çünki bu bizə yediklərimizlə bağlı daha bilikli seçim etmək imkanı yaradır. Kivilərin üzüm tənəklərində yetişdiyini bilmək insanların onu yeyib yeməməsini dəyişdirməsədə, bu onların dünya biliklərini zənginləşdirəcək və bitkilərin necə və kimlər tərəfindən becərildiyinə dair maraq oyadacaq.
1. Kakao ağacı

2. Yerfındığı (araxis)

3. Darçın
4. Vanil


5. Ananas


6. Kivi


7. Qara istiot
8. Badam

9. Avakado
10. Karambola
11. Küncüd toxumları

12. Qəhvə

13. Manqo
14. Anakardium

15. Zəfəran


16. Tikanlı kəvər

17. Xurma ağacı

18. Brüssel kələmi

19. Tikanlı ənginar
20. Çay bitkisi

21. Əsl püstə

22. Nar

Hazırladı: Tamara Mustafayeva