Feyxoanın əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır.
Aterosklerozda və qalxanavari vəzinin xəstəliyində feyxoa qəbul etmək profolaktika və müalicə vasitəsidir. Təcrübə zamanı müəyyən olunub ki, feyxoadan alınan ateroskleroz, triotoksikoz və sinqa xəstəliklərinin müalicəsi zamanı faydalıdır.
Meyvənin qabığı qalın, dadı büzüşdürücüdür. Meyvəsinin lət hissəsi sərinləşdirci və turşməzədir. Feyxoanın ananas və çiyələk kimi xoş ətri var. Tam yetişən zaman meyvəsindən istifadə edirlər.
Yetişmiş meyvələrində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi turşular, C vitamini var. Feyxoanın konservləşdirilmiş şirəsi boğaz şişinin qarşısının alınmasında istifadə edilir.
Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.
Bu zaman 11 kq şəkər və 1 kq feyxoanı ət çəkən maşından keçirmək və şüşə qaba yığıb, feyxoa şirəsini tam buraxana qədər gözləmək lazmdır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək, 10 gün qəbul edib 10 gün istirahət etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir.
Umumi yazsaq, feyxuanin faydalari aşağıdakılardır:
— Feyxoanın ətində və xüsusilə də qabıqlarında «katexin» və «antosinlər» fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.
— Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir — bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.
— Feyxoanın iltihab və virusəleyhinə xüsusiyyətləri var. Soyuqdəymə xəstəlikləri zamanı feyxoadan hazırlanmış çay orqanizmə çox yaxşı müalicəvi təsir edir. 3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.
— Feyxoa müxtəlif vitaminlər və minerallarla zəngindir. Soyuq fəsillərdə bu meyvə insanı hipovitaminozdan xilas edir.
— Feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.
— Feyxoa yarpaqlarının dəmləməsi antiseptik xüsusiyyətlərə malikdir. Bu dəmləmə dəridə olan kiçik yaraların, xoraların, yanıqların və s. sağalmasını tezləşdirir, dəri xəstəlikləri zamanı istifadə oluna bilər. Dəmləmədə steril tənzif isladıb zədələnmiş sahəyə qoyun. Belə islatmaları gündə bir neçə dəfə etmək lazımdır.
— Feyxoa arterial təzyiqinin tənzimlənməsində kömək edir.
— Feyxoa immun sistemini möhkəmləndirir.
— Feyxoa bağırsaqların fəaliyyətini yaxşılaşdırır.