Noyabr ayı budama zamanı olduğu üçün çiçək və bitkilərə daha yaxşı qulluq etmək lazımdır. Noyabrda bu iş üçün uyğun hava şəraiti olduğundan hər cür torpaq işlərinə başlamaq olar.
Qışın əvvəlində yabanı otların, alaqların təmizlənməsi, bitki diblərinin yumşaldılması, köklərinə torf, yarpaq çürüntüsü və üzvi gübrə verilməsi bitkini qışa hazırlamaq baxımından faydalıdır.
Bu ay həmçinin ağac əkmək üçün də əlverişli aydır. Əkin işlərini qar düşənə qədər davam etdirmək olar.
Noyabrda həm də budama işləri görmək, əsasən payız budaması aparmaq mümkündür. Bu dövrdə budanılan budaq və pöhrələrin ucları qışda donub ölə bilər. Ona görə də bu ölü uclar yazda yenidən kəsilməlidir.