Ananasın faydaları

Ananasın faydaları

ananasAnanas tropik meyvədir və isti yerlərdə yetişir. Bu meyvəni ilk dəfə tanıdan Kristofor Kolumb olub və tez bir zamanda Avropada tanınmağa, sevilməyə başlayıb.  Ananas kimi meyvələri bir dəfəyə bitirmək mümkün deyil. Bəs, qalan hissəni nə edək?
Ananas C vitamin ilə zəngindir. Tərkibi minerallar və liflərlə boldur. Mütəxəsisslərin hesablamalarına görə, qurudulmuş meyvələr vitaminləri saxlayır. Ananas xərçəng xəstəliyi qarşı da yaxşı təsir edir. 

Ananas arıqlmağa da yardım edir. Orqanizmə lazım olan bir çox vitamin və minerallarla zəngindir. Ananas bol sulu meyvədir. Su bədəndəki yağlara təsir edir və əridir. Arıqlamaq istəyən hər kəs gündə bir stəkan ananas suyu içə bilər. Zülal həzm edən və zəifləməyi təmin edən ferment olan bromelain sayəsində yalnız həzmə köməkçi olmaqla qalmaz, bədəndə meydana gələ biləcək olan iltihabları və qabarıqlıqları da təsirli bir şəkildə azaldar. Xüsusilə sinüzit, badamcıq iltihabı, gut xəstəliyi, oynaq iltihabı ya da yaralanma və ya əməliyyatlardan sonrakı yaxşılaşma dövrlərində ananasın faydalı olduğu bilinməkdədir.

Saçı və dərini daha yaxşı edir. B və C vitamin ilə zəngin olan ananas dəri və saç sağlamlığına yararlıdır. Tropik meyvələrdən bir dənəsi olan ananas dırnaq gücləndirməsi, dərini hamarlaşdırması və dəri üçün daha bir çox təsiriylə ön plana çıxmaqdadır. Ancaq hər qida kimi ananasında şüursuz istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. 

Hamar bir dəri üçün, dəmir; güclü saç-dırnaq və dəri üçün, kalsium; sağlam dəri və göz üçün, vitamin A; hüceyrələrin çoxalmasını təmin etdiyi üçün, vitamin B və dəri dəkı kollagen meydana gəlməsi üçün vitamin C ehtiva edir.

Bromelain, bədənin su tutmasını azaldar, iltihabları aradan qaldırır. Həddindən artıq trombosit yapışqanlığını önlədiyi üçün təbii bir qan nazildicidir. Ancaq bromelainin qan nazildici dərmanlarla birlikdə istifadə edilməsi tövsiyə edilməz. Bəzi kəslərdə allergik reaksiyalar meydana gətirə bilər və ya ürək sürətini yüksəldə bilər.

Ananas kilo verdirir. Ananas insan bədəninin ehtiyac duyduğu bütün vitaminləri və 16 təbii mineral ehtiva edər. Ananasın kilo verdirmədəki sirri isə zəngin sununda gizlidir. Ananas suyu bədəndəki yağı təsirli bir şəkildə əridə bilər. Bu səbəbdən hər gün yeməkdə ananas ya da ananas suyu istehlak edilə bilər. Ancaq yemədən əvvəl ananası duzlu suda yarım saat gözlətmək lazımdır. 

Mədə və bağırsaqları təmizləyər. Ananas ətin həzm edilməsində köməkçi ola bilər. Ananasda olan zülal mayası, yeməklərdəki zülalları təsirli bir şəkildə təhlil edərək mədə və bağırsaqları hərəkətləndirər.

Dəri və saçı gözəlləşdirər. Ananasın ehtiva etdiyi zəngin B vitamini dərini təsirli bir şəkildə nəmləndirər və saçı da parladar. Bunun yanında ananas stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçi olar.

Təzyiq və qandakı yağ nisbətini salar. Ananas qan dövranını sürətləndirərək həm təzyiqi, həm də qandakı yağ nisbətini salmada təsirli ola bilər. Ananas, bədəndə yağ təcrübəsini də önləyər.

Soyuqdəyməyə qarşı birə-birdir. İstilik, öskürək və boğaz ağrısı soyuqdəymənin əsas əlamətləridir. Bu vəziyyətdə, yataqda istirahət etmənin yanında bir stəkan təzə ananas suyu da içilə bilər. Çünki ananas suyu qızdırmanın salınması və nəfəs borusu infeksiyasının önlənməsində də təsirlidir. Tibbi araşdırmalara görə, köhnədən bəri insanlar, boğaz ağrısı və öskürəyi ananasın ehtiva etdiyi zülal mayasıyla aradan qaldırmağa çalışmışdır.

Beynə gedən qan yollarını təmizləyir və beynin qan dövranını artırır.

Ananasın son edilən araşdırmalarda təbii quruluşunda olan bromelain fermentinin CCS molekulunu ehtiva etdiyi və bunun da xərçəngə qarşı insan bədəninin immunitet sistemini hərəkətə keçirdiyi sübut edildi. Bromelain, bədəndəki zülalları təhlil edən və həzm edən bir ferment olduğundan həzmi asanlaşdırar, mədə turşusunu nizamlar. Sümük və oynaqlardakı əhənglənməyi önləyər. Allergiyalara qarşı qorunma təmin edər. Ananasın içindəki fermentlərin yağ yandırma xüsusiyyətinin olması kosmetik sektorunun da bu meyvəyə olan maraq/əlaqəsini gedərək artırır. Sidik sökdürücü təsiri səbəbiylə bədəndəki toksinlərin atımına köməkçi olduğundan selülit müalicəsində də istifadə edilir.
Top