Yeməklərə dad qatan soğanın faydaları sizi xəstəliklərdən qorumaqla sağlam və gümrah olmağınıza imkan yaradacaq. Soğanın qoxusuna görə soğandan uzaq dayananlar, soğanın faydalarını bildikdə səhv etdiklərinin fərqinə varacaqlar. Təbii ki, vacib görüşlərinizdə və ictimai həyatınızda soğan yeməyi tövsiyyə etmirik. Amma qida rasionunda tez-tez istifadə etməklə olduqca böyük faydası olduğu bildirilir.
Ümumiyyətlə bir çox mənbələrdə soğanın faydasının çox olduğu haqqında məlumatlara rast gəlinir. Hər mətbəxdə a xüsusi çəkisi olan və antibakterial xüsusiyyəti ilə seçilən soğan, insanları daha çox xəstəlikdən qoruyur. Minlərlə ildir alternativ tibbdə çox sayda xəstəliyin müalicəsində istifadə olunduğu bildirilən soğanın sağlamlığa aşağıdakı faydaları var:
• Soğan soyuqdəyməyə, bronxit və öskürəyə qarşı təsirlidir, bəlğəm gətirici xüsusiyyətinin olduğu geniş qeyd olunur. Öskürək üçün əzilmiş soğandan, su və bal ilə qarışdırmaqla təbii bir dərman hazırlanır. Məlumatda qeyd olunur ki, soğan, ağız və diş sağlamlığında tez-tez istifadə oluna bilər. 2-3 dəqiqə müddətində yeyilən və ya dişlənən çiy soğan, ağızdakı mikrobları öldürür, ağızdakı yaraları sağaldır;
• Böyrək sancılarına, böyrək və sidik kisəsi daşlarına, ödə müsbət təsir edir;
• Böcək sancmalarına, yara, kəsik və yanıqlara qarşı təsirlidir. Böcək sancması nəticəsində şişən bölgələrin üzərinə dilimlənmiş soğan qoyulur, yara və yanıqların üzərinə soğan suyu ilə sarğının da faydası var;
• Damar sərtliyini aradan qaldırır və qan dövranını sürətləndirir. Ürəyə faydalıdır;
• Bal ya da zeytun yağı ilə qarışdırılan soğan suyu dərinin parlaqlığını bərpa edir;
• İmmunitet sistemini gücləndirir, bədən müqavimətini artıraraq bədənə qüvvət verir;
• Soğan qanda şəkərin miqdarını və təzyiqi tənzimləyir;
• Həzmi asanlaşdırır;
• Bağırsaqları təmizləyir.
Bütün bunlarla yanaşı soğanın antibakterial təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür.
Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq qəbul etmək lazımdı.