Kartofdan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə etmək də müsbət nəticə verir. Belə ki, yanğı hissi, qastrit, mədə xorası, hipertoniya üçün 2-3 ədəd kartofu yuyun, sürtkəcdən keçirin (qabığı ilə birgə), 5-6 qatlı tənzifin arasına qoyub sıxın. Bu şirəni yeməkdən 30 dəqiqə qabaq 50 — 100 ml olmaqla gündə 3-4 dəfə qəbul edin.
Mədə narahatçılığı üçün kartof nişastasından kisel bişirin və için. Bu, mədənin selikli qişasına sakitləşdirici təsir bağışlayır, orqanizmdən zəhərli maddələrin xaric olmasına kömək edir.
Ekzema, yanıqlar və başqa zöhrəvi xəstəliklərdə kartof nişastası (100 qr nişasta 1 vedrə su nisbətində) qatılmış vanna qəbul etmək, bundan başqa çiy kartofu sürtkəcdən keçirib dərinin yanıq olan nahiyəsinə qoymaq da müsbət nəticə verir.
Soyuqdəymə, haymorit (qaymorit) xəstəlikləri üçün yuyulmuş kartofu qabığı ilə birgə qaynadıb, başınıza dəsmal salaraq üzünüzü kartof buxarına tutun.
Kartof həmçinin saçların möhkəmliyi üçün də faydalıdır. Əgər saçlarınız tökülürsə, həftədə bir dəfə sürtkəcdən keçirilmiş kartof və zeytun yağı maskasından istifadə edməniz məsləhətdir.