Xurmanın tərkibində kalsium, maqnezium, natrium, dəmir, kalium, kükürd, xlor və fosfor mineralları,
həmçinin A, C və B qrupu vitaminləri var. Gündə 2 ədəd xurma yeməklə həzm probleminin, zəifliyin, iştahasızlığın, ürək ağrılarının, ürəkbulanmanın və hətta xərçəng başda olmaqla, bir çox xəstəliklərin qarşısını almaq olar.
Xurma körpə və uşaqlarda sağlam böyüməni, inkişafı təmin edir. Tərkibində oksitosin hormonuna bənzəyən maddə olduğundan ana südünün miqdarını artırır, gözlərin sağlamlığı üçün əhəmiyyətli olan beta-karotenlə zəngindir. 1 stəkan suya 2 ədəd xurma əlavə edib, bir gecə saxladıqdan sonra acqarına yedikdə qəbizliyi aradan qaldırır. Kalori və qida dəyəri yüksək olan xurmanın 60 faizi şəkərdir. Xurma bədəndəki toksik maddələrin xaric edilməsini sürətləndirir, acqarına yedikdə bağırsaq parazitlərini öldürür.