Bitkinin adı:
Pueraria lobata
Fəsiləsi:
Fabaceae
Kudzu bitkisindən müalicəvi məqsədlə çiçəklərindən,yarpaqlarından və köklərindən geniş istifadə olunur.Tərkibində flavanoidlər,nişasta,glukoza,saxaroza,fruktoza,asparagin və s vardır.Bu bitki ürəyin fəaliyyətini normallaşdırır,yüksək arteriyal təzyiqi endirir,beyin qan dövranını tənzimləyir,baş ağrısını,qulaqlarda olan küyü aradan qaldırır.
Artıq 2500 ilə yaxındır ki,Yaponiyada və Kitayda bu bitkinin köklərindən alkoqolizmlə və nikotindən asılılıqla mübarizədə geniş istifadə olunur.Avropada isə daha çox kudzu köklərinin ekstraktından nikotindən asılılığın müalicəsində geniş istifadə olunur.Kudzu ekstraktı bir neçə dərman preparatlarının tərkibinə daxildir.Bunlardan Kudzu,Kudzu Root və Nosmoke preparatlarını misal göstərmək olar.Nosmoke preparatı nikotinlə mübarizədə istifadə olunan ən effektiv vasitədir.
İki təbəqədən ibarət çeynənilən Nosmoke saqqızı 2 istiqamətdə təsir göstərən maddələrdən ibarətdir: saqqızın birinci təbəqəsi Kudzu köklərinin ekstraktından ibarət olub,tədricən siqaretə olan ehtiyacın azalmasına şərait yaradır,ikinci təbəqə isə Rooibos ekstraktından ibarət olub,siqareti tərketmə ilə yaranan əsəbilik,həyəcan kimi xoşagəlməz əlamətləri azaldaraq daha yüksək əhval-ruhiyyə ilə əvəz olunmasını təmin edir.Saqqızı gün ərzində 8 dəfə 20 dəqiqədən artıq olmamaq şərtilə çeynəmək məsləhət görülür.Bu preparat nikotinsizdir,ürəkbulanma və gəyirmə kimi əlavə təsirləri yoxdur.