Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur.
Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir.
Çörəkotunun toxum suyu və yağının; böcəklərə, viruslara və bakteriyalara qarşı təsirli olduğu təsbit edilmişdir. Bu bitkinin yağından, işlətmə dərmanlarında qoxu və dad dəyişdirici kimi istifadə olunmaqdadır.
Çörəkotunun Mahiyyəti
Çörəkotunun tərkibinin müəyyən edilməsində istifadə edilən kimyəvi analiz üsulları çox müxtəlif olduğuna görə mahiyyəti haqqında çox dəqiq təsbitlər yoxdur. Çörəkotu toxumlarının tərkibində uçucu yağ (0.38-0.49%), sabit yağ (30-40%), protein (20-30%), saponin, melantin, nigellin və tanen mövcuddur. Çörəkotu toxumunun kimyəvi mahiyyəti, bitkinin biçin mövsümünə, növünə və yetişdirildiyi iqlimə görə müxtəlif olur. Qahirə yaxınlığında yetişdirilən çörəkotu toxumlarından əldə edilən uçucu yağın tərkibində 67 qarışığın olduğu və bu qarışıqların miqdarına görə ən vaciblərinin p-simen, timokinon, a-pinen və ß-pinen olduğu müəyyən edilmişdir. Bir araşdırmada, çörəkotu toxumlarında 6,4% su, 4% kül, 32% yağ, 20,2% xam protein, 6,6% xam lif və 37,4% karbonhidrat olduğu; sabit yağın 1,2% miristik, 8,4% palmatik, 2,9% stearik, 17,9% oleik, 60,8% linoleik, az miqdarda araşidik və 1,7% eikosadienoik turşulardan ibarət olduğu bildirilmişdir. Bundan başqa çörəkotu toxumlarında az miqdarda B1, B2 və B6 vitamini; proteinlərin təməl daşı olan amin turşuları; dəmir, kalsium, maqnezium, sink və selenium kimi minerallar da var. Çörəkotu toxumlarındakı müəssir maddə (kristal halında) nigellon, ancaq 1959-cu ildə izolyasiya edilə bilmişdir.
Çörəkotunun İstifadə Olunduğu Yerlər
Bir tədqiqatda çörəkotunun müxtəlif xərçəng hüceyrələrini öldürücü və şişlərə aid antitellərin çoxalmasını dayandırıcı xüsusiyyətlərə sahib olduğu öyrənilmişdir. Çörəkotunun normal hüceyrələrə zəhər təsiri vermədiyinə dair araşdırmalar da var. Çörəkotu toxumunda olan ß-sitosterol; ifraz fəaliyyətini artırma, qandakı xolestrol səviyyəsini azaltma kimi xüsusiyyətlərə malik bir molekul olub prostat böyüməsində müalicə təsirli dərman kimi istifadə olunur.
Çörəkotu toxumları; idrar sökdürücü, qan təzyiqini azaldıcı, südü artırıcı, iştah açıcı kimi çox yönlü təsirlərə vəsilə ola bilən şəkildə yaradılmışdır. Yağı isə kəpəyə və saç tökülməsinə qarşı istifadə edilir.
Çörəkotunun uçucu yağ turşularının; bakteriyalara, göbələklərə, bağırsaq qurdlarına və sestodlara (bağırsaq qurdu növü) qarşı təsirli olduğu öyrənilmişdir.
Çörəkotu toxumunun və müxtəlif miqdardakı ekstraktlarının xəstəliyə yol açan bir çox mikro orqanizmlərə qarşı yararlı olduğu məlum olmuşdur.
Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu və vücuddakı immunitet sistemini gücləndirdiyi bir çox təcrübələrlə müşahidə olunmuşdur.
Məhəmməd Peyğəmbərin (sas): "Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin şəfasıdır.", buyurduğu çörəkotu toxumları, tərkibi vücudun immunitet sistemini qoruyan və gücləndirən maddələrlə zəngin yaradılmış və insanların yararlanması üçün təqdim edilmişdir.
Çörəkotunun İstifadə Edilməsi
İnsanlar şəfa qaynağı olan bu bitkini xəmir məmulatlarında sevərək istifadə edir. Çörəkotunun birbaşa yeyilməsi və ya dəmləmə üsulu ilə gündə 2-3 stəkan içilməsi məsləhət görülür. Bir miqdar çörəkotunun üstünə isti su tökülərək 3-4 dəqiqə gözlənilir, sonra süzülərək içilir. Lazım olandan çox istifadə olunduqda ishala səbəb ola bilər. Gündəlik istifadə olunmalı miqdar maksimum 2 qramdır. Bəzən bazarlarda "çörəkotu yağı" adı altında satılan şüşələrə rast gələ bilərsiniz. Bu yağlara ümumiyyətlə çiçək yağları qarışdırıldığı üçün təsirsizdir. Çörəkotunu balla qarışdıraraq yeyənlər də var. Ancaq belə olan vəziyyətdə çörəkotunun toxumunun qabığı mədəmizdə tam həzm olunmadığına görə faydalı qisimlər xaric olmur və toxum tamamilə xaric edilir. Buna görə də çörəkotu toxumları bir qabda döyüldükdən sonra balla qarışdırılaraq yeyilməlidir.
Mənbə: akademiya.net
Həmçinin bax: Çörəkotu (qara zirə) haqqında