Nar (Punicaceae) nar fəsiləsindəndir.Narın növündən və sortundan asılı olaraq,meyvələri şirin və turş olur.Nara turş dad verən onin şirəsindəki limon turşusudur.Mədəni üsulla becərilən narın meyvəsinin şirəsində 2-4%, cır narda isə 6-9% limon turşusu var.Nar meyvəsinin tərkibi limon və şəkər turşusu ilə yanaşı vitaminlərlə,boyayıcı maddələrlə,makro və mikroelementlərlə də zəngindir.
Meyvəsinin qabığı da faydalıdır.Onu çay kimi dəmləyib,mədə bağırsaq xəstəliklərinə ishala və dezinteriyaya qarşı qəbul edirlər.Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir.Şəkər xəstəlikləri olanlara cır nar şirəsini içmək faydalıdır.
Xalq təbabətində nar meyvəsinin qabıqlarından,eləcə də nar ağacının gövdə və qol budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman vasitəsi kimi işlədilir.
Şəki rayonunda nardan işhat artıqmaq üçün "nardaşa" adlanan şərbət hazırlanır.Bunun üçün vələs və ya Göyçay rayonunda kəmşirin sortlu (gülovşə) nar meyvəsinin dənələrini ayırıb onu şəkər şərbətində qaynadırlar.Nardaşadan plov,kabab,lüləkabab yeməklərində iştahartırıcı və təmverici kimi istifadə edirlər.Azərbaycanda qədim zamanlardan mədəni nar növündən "narrub" şirəsi,cır nardan isə "narşərab" hazırlanır.
Nar şirəsindən hipertoniya xəstəliyinin müalicəsində,eləcə də ürək ağrılarında istifadə olunur.Belə hallarda nar şirəsinin şəkərdə hazırlanan şərbəti də xeyirlidir.Həmin şərbəti döş ağrıları zamanı öskürək dərmanı kimi də qəbul etməki olar.Şirin nar meyvəsini böyrək xəstəlikilərinə,temperaturu aşağı salmaq üçün,eləcə də babasil xəstəlikləri zamanı da işlətmək olar.
Xalq təbabətində nar şirəsində yel xəstəliyinə qarşı sürtmə dərmanı kimi işlədilir.Nar ağacının kökünü qurudaraq toz halına salıb,onu əzvayla bərabər miqdarda qarışdırırlar,sonra çıxıqlarda,əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib,boğaz ağrılarında,angina,diş iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərman kimi istifadə edirlər.
Narlar həqiqətən unikaldırlar. Bu meyvənin təəccübləndirici xüsusiyyətləri ondadır ki, o, insan orqanizmini yaxşılaşdıran bütün bioloji aktiv maddələri özündə cəmləşdirib, radiasiya və arterial təzyiqi azaldır. Narın şirəsi qanda hemoqlobin səviyyəsini yüksəldir, radiasiya və arterial təzyiqi azaldır. Narın qabığının həlimi diareya və qurdlara qarşı gözəl vasitədir və həmçinin yağlı dəriyə maskanın əsası kimi yaxşıdır.
Unikal maddə - punikalaqin yalnız narda mövcuddur. Amerika alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində insan orqanizmindəki virusları məhv etmə və bloklama xüsusiyyətinə malik olan həmin unikal maddənin narda mövcud olması təsdiqlənmişdir.
Narın ürək xəstəliklərinin inkişafının qarşısını almağa, stressin kəskinliyini azaltmağa, hətta cinsi həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verməsi kimi keyfiyyətləri çoxdan məlumdur. Bu yaxınlarda isə alimlər narın yeni gənclik mənbəyi olduğunu aşkar ediblər. Məlum olub ki, qidada nar cövhərindən gündəlik istifadə DNK-da qocalma prosesini ləngidir.
Bunu 60 könüllü üzərində aparılan sınaq sübut edib. Onlar bir ay ərzində bütöv nardan alınan cövhəri kapsul şəklində qəbul ediblər. Bununla yanaşı, doktor Serjio Streytenbergerin rəhbərliyi altında işləyən alimlər onların bədənlərindəki kimyəvi birləşmələrin aktivliyini izləyiblər və onu digər qrupun aktivliyi ilə müqayisə ediblər.
Bu zaman onlar beyinin, əzələlərin, qaraciyərin, böyrəklərin fəaliyyətinin pozulmasına və dərinin qocalmasına səbəb olan hüceyrə zədələnmələri ilə əlaqəli "8-Oxo-DG" markerinin konsentrasiyasının xeyli azaldığını müşahidə ediblər. İspaniyanın "ProbelteBio" özəl laboratoriyasının əməkdaşları qeyd edirlər ki, hüceyrələrdə zamanla baş verən dezoksiribinuklein (DNK) turşusunun oksidləşməsinin ləngiməsi baş verir. O da məlumdur ki, nar A, C, E vitaminləri, dəmir və sərbəst radikalların işini neytrallaşdıran antioksidantlarla zəngindir.