Gilas (Prunus Padus Z.) qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çox geniş yayılmışdır.Meyvələrinin tərkibində aşı maddəsi,şəkər boyayıcı və pektin maddələri:üzvi turşular,B2, C vitamiləri eləcə də karotin vardır.Bu mədə bağırsaq,sidik yolları xəstəliklərində,həmçinin işatahartırıcı pəhriz qidası kimi çox xeyirlidir.
Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinə tutulanlara müalicə məqsədilə vermək zəruridir.Bu meyvələrdən eyni zamanda xroniki mədə bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzim edən vasitə kimi istifadə etmək faydalıdır.
Alça (Yrossularia Rectinata Z.)daşdələn (Saxifragaceae) fəsiləsindəndir.Kol bitkisi olub,tikanlı qol-budaqlara malikdir.Alçanın bu növü rus alçası adlanır.Rus alçası yabanı halda Quba və Füzuli rayonlarında-orta və yuxarı dağ qurşağlarındakı kolluqlarda,daşlıq və qayalıqlarda rast gəlinir.
Tərkibində bir sıra müalicəvi əhəmiyyətli maddələr vardır.Bunlardan C vitamini (150-200 mq%),karotin (10-16 mq%),şəkər (8,2-9%),üzvi turşular (1,5-2%),pektin maddələri (0,88%) və s.
Xalq təbabətində təzə toplanmış meyvələrinin şirəsindən xroniki mədə bağırsaq xəstəliklərində,qəbizlikdə zəif işlətmə,eləcə də böyrəklərdə daş yığılan zaman daşsalıcı və sidikqovucu dərman kimi işlədilir.Bundan başqa qurudulmuş meyvələrindən çay hazırlanıb,soyuqdəymələrdə tərlədici dərman kimi,təzə meyvələrindən isə şəkər xəstəliyində istifadə olunur.