Milli qayğanaq reseptləri

Milli qayğanaq reseptləri

Milli qayğanaq növləri: nümrü, çalxama, şirin, ballı…
* Nümrü qayğanaqda – yumurtanı heç çalmaq da lazım deyil, elə tavanın kənarına vurub, qaynayan yağa salınır, cızhacız bişir. Gərək sarısını tam bişməyə qoymayasan ki, yaxşı həzm olsun.
* Çalxama – yumurtanın içinə bir az təzə süd əlavə edib çalxalayırsınız. Bir növ, omlet kimi.
* Ağsaq oxlax xörəyi – qaynar qayğanağın üzərinə sarımsaqlı camış qatığı töküb yeyirlər.
* Şirin qayğanaq – yumurtanın üzərinə şəkər səpirlər. Quba bölgəsində üzərinə bəkməz də əlavə edirlər. Onda qayğanaq qəhvəyi rəngdə olacaq.
* Ballı qayğanaq və Ordubad Çilovu. Bu qayğanağı bişirmək bir dəsgah, həngamədir ki, hər xanım öhdəsindən gələ bilməz.



Ballı Ordubad qayğanağının resepti:
12 yumurta, 1 x.q un və 1 x.q su birlikdə çalınıb, tökülür qaynayan kərə yağının içinə. Qızarana qədər bişirilir. Hazır olanda üzərindən deşiklər açılıb, üzərinə daha 0,5 kq ərinmiş kərə yağı tökülür. Yarim litr su ilə 1 bardaq şəkər, 1 fincan bal od üzərində əridilib, qayğanağın üzərinə tökülür.

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun “Qayğanaq haqqında dastan”ından
Top