Quymaq – undan hazırlanan ən dadlı, kalorili və qədim milli yeməklərimizdəndir. Onu çoxumuz sevirik: uşaqlar da, böyüklər də yeyir. Bu yeməyin enerji, gücverici, şəfalı xüsusiyyətlərindən qaynaqlanaraq, xalqımız onu xəstəlik zamanı, doğuş sonrası yeməyi bir adət halına salmışdır. İndi də bir çox bölgələrimiz də, elə paytaxtın özündə də bu adət yaşamaqdadır.
Ərzaqlar:
Un – 300 qr.
Ərinmiş kərə yağı – 300 qr.
Su – 1,5 l.
Şəkər tozu
Darçın.
Hazırlanması:
Tavada ərinmiş yağa un əlavə edilir və un yağda açıq qəhvəyi rəng alana kimi qovrulur, bu təxminən 12-15 dəqiqə çəkir. Un qovrulana kimi suyu qaynadırıq. Mütəmadi olaraq qarışdırdıqca, hissə-hissə qaynar suyu qovrulmuş una əlavə edirik və yaxşıca qarışdırırıq ki, yumrular qalmasın.
Bu zaman ehtiyatlı olmaq lazımdır ki, su-un sıçrayıb, əlimizi, qolumuzu yandırmasın. Unla su eynicinsli hala düşüncə qarışdırılmalıdır. Kütləyə biraz da su tökün və qapaqla örtün. Zəif od üzərində 1 saat ərzində dəmləyin.
Quymaq süfrəyə dərin boşqabda verilir. Üstünə darçın və şəkər tozu səpilir. Nuş olsun!
sufrem.az