Xəmir üçün: (3 korj)
Yumurta – 6 ədəd
Şəkər tozu – 2,25 st.
Un – 1,5 st.
Üyüdülmüş qoz ləpəsi – 1 st.
Üyüdülmüş badam – 0,5 st.
Vanilin – yarım paket
Qabartma tozu – 1 paket
Krem və bəzək üçün:
Yumurta – 2 ədəd
Şəkər tozu – 2 st.
Un – 3 x.q.
Vanilin – yarım paket
Süd – 1 st.
Kərə yağı – 400 qr.
Kakao – 1 x.q.
Üyüdülşüm qoz-badam – 0,5 st.
Hazırlanması:
Əvvəlcə korju hazırlayaq – 1 korj üçün — 2 yumurtanın sarısı ilə ağını ayırırıq. Ağları köpüklənənə kimi çalırıq. Üzərinə ¾ st. şəkər tozu töküb çalmağa davam edirik. Bezeyə bənzər kütlə alınacaq. Sonra 2 yumurta sarısını da tökürük və çalmağa davam edirik. Üyüdülmüş qozla badamı birləşdiririk. Ayrıca bir qabda unla qabartma tozu qarışdırılır. Üzərinə qoz-badam qarışığı tökülür və qarışdırılır. Sonra unlu-qozlu kütlədən 1 st. götürülür və yumurtalı kütləyə əlavə edilir, ehtiyatla qaşıqla qarışdırılır. Alınmış kütləni kərə yağı ilə yağlanmış formanın içinə tökürük və 180 dərəcədə 20 dəqiqə bişiririk. Birinci korj hazırdır və bu qayda ilə daha 2 korju bişiririk.
İndi isə kremi hazırlayırıq: 2 yumurta ilə şəkər tozu qarışdırılır. Üzərinə un, vanilin tökülür və yaxşıca qarışdırılır. Soyuq süd süzülür və qarışdırılır. Orta odun üzərinə qoyulur ki, bişsin. Qarışdırmağı da unutmursuz. Qatılaşdısa, oddan götürə bilərsiniz və otaq temperaturunda saxlayırsınız ki, soyusun. Qeyd: əgər kremdə yumrular əmələ gəlsidə, onu elə soyumamış süzgəcdən keçirməlisiniz ki, yumrular süzgəcdə qalsın. Otaq temperaturunda yumşalmış kərə yağını həcmli olana kimi mikserdə çalırıq. Artıq soyumuş kremi kərə yağının üzərinə tökürük və yenə həmcins olana kimi çalırıq. (bişmiş krem yağa əlavə edilən zaman mütləq soyuq olmalıdır!)
İndi isə tortu hazırlayaq: Korjları bir-bir qoyub, hər birinin üzərinə 3-4 x.q. krem çəkirik. Çalışın krem həm aralarına, həm kənarlarına, həm də üstünə çatsın. Korjları tamamilə kremlə örtürük. Tortu bəzəmək üçün saxladığımız kremə isə kakao töküb qarışdırırıq. Üstünü kremlə bəzəyirik, qoz-badamdan istifadə edirik. Soyuducuya qoyuruq. Çay süfrəsinə verməzdən 1 saat öncə soyuducudan çıxarırıq. Nuş olsun!