Gəncə paxlavası

Gəncə paxlavası

Xəmir üçün:

  • əla növ buğda unu — 300q,
  • yumurta 1/2 əd.,
  • duz — 3q;

İçlik üçün:

  • Badam- 180q,
  • şəkər tozu — 180q,
  • darçın — 3q.;

Şərbət üçün:

  • şəkər — 160q,
  • bal — 40q.;
  • Təbəqələrin arasına sürtmək üçün yağ — 40q,
  • səthinə sürtmək üçün yumurta — ½ ədəd.
     
Hazırlanması:

Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Xəmir 1-3 mm qalınlığında yayılır və yağ sürtülmüş listin içinə sərilir. Xəmirin üzərinə əridilmiş yağ sürtülür, bunun da üstünə üstünə yağ sürtülmüş ikinci qat xəmir salınır. Hər üç qatdan sonra 4-5 mm qalınlığında içlik yayılır. Gəncə paxlavası 23 qatdan ibarət olur, o cümlədən 18 qat xəmir, 5 qat isə badam içliyi. Peçə qoymazdan əvvəl paxlava romb şəklində kəsilir, üstünə yumurta sürtülür. Paxlava istiliyi 180-200 °S olan peçdə 30-35 dəq. ərzində iki dəfəyə bişirilir. Peçə qoyulandan 10-12 dəq sonra list çıxarılıb paxlavanın üstünə şərbət tökülür. Şərbət şəkər və baldan hazırlanır. Üstünə şərbət tökülmüş paxlava peçdə hazır olana qədər bişirilir. Paxlava bişirildiyi listdə də soyudulur.

Top