Şəkərbura sözü “Şəkər” və “bura” sözlərindən əmələ gəlib. Ümumiyyətlə isə şəkərbura firavanlıq rəmzidir. Qadınların maqqaş ilə şəkərburanın üzərinə vurduğu naxışlar sıx-sıx düzülmüş buğda sünbüllərini xatırladır. Şəkərbura — Azərbaycanda milli şirniyyat növü. Əsasən, Novruz bayramında hazırlanır.
İnqrediyentlər
- Un — 500 q
- Kərə yağı — 150 q
- Maya — 20 q
- Yumurta — 1 ədəd
- Süd — 200 q
- Duz
İçlik üçün:
- Fındıq,qoz və ya badam ləpəsi — 500 q
- Şəkər tozu — 500 q
- Hil — 5 ədəd
- Vanil — 5 q
Şəkərburanın hazırlanma qaydası
1. Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.
2. Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
3. Ələnmiş una yumurta, duz, süd-yağ qarışığı və maya əlavə edilib yumşaq xəmir yoğrulur.
4. Xəmir isti yerdə 30 dəq. saxlanılır.
5. İçliyi hazırlamaq üçün: fındıq qozçəkən maşından keçirilir, əzilmiş hil və şəkər tozu ilə qarışdırılır.
6. Xəmir xırda kündələrə bölünür.
7. Hər yayılmış kündəyə 10-15 q içlik qoyulub (içlik kündənin qıraqlarına dəyməməlidir) bükülür.
8. Şəkərburalara naxış vurulub, listə yığılıb öncədən 180 dərəcəyədək qızdırılmış sobada 7-10 dəq. hazırlanır.