Düşbərə və Xaş

Düşbərə və Xaş

Düşnərə- (500 gr ət qiyməsi (mal əti ilə qoyun ətin qarışması daha ləzətlidir), 200 gr çəkilmiş soğan, Duz, istiot, 500 gr un, 1 yumurta , 1 stəkan su, 1 dəstə keşniş, 1 orta pomidor). Əti soğanla yaxşı qarışdırırlar, duz və istiot əlavə edilir, sonra xırda kəsilmiş goyərti və qarışdırılır. Bərk olmayan xəmir yoğrulur, elastik, amma ələ yapıshmayan.Mən Azərbaycan şorbalarındn birinin reseptiylə bölüşəcəyəm. Bu şorba əsasən Bakı zonasında geniş yayılmışdır. Ümumiyyətlə, azərbaycan mətbəxinin xəmir xörəkləri əsasən Bakı və onun kəndlərində geniş hazırlanır. Bugünkü şorba Düşbərə adlanır.
Bu şorba çox vaxt və zəhmət tələb edir. Amma buna baxmayaraq, şorba o dərəcədə ləzətlidir ki, onun tez-tez hazırlanmasına heç bir şey mane olabilməz. Xəmirə duz çox qatılır. Xəmiri dörd kündəyə bölürük, hərədi 150-180 gr. Kündələr dəsmalın üstünə qoyulur və qurumamaq üçün selofanla örtülür. 5-10 dəqiqə kündələr qalır, "özlərinə gəlmək üçün". Kündəni oxlo ilə yayırıq, naziq yayma alınmalıdır. Xəmiri yayaraq, un əlavə olunur, oxloya yapışmamaq üçün.Açilmış xəmirin nazikliyi 1 mm-dək olmalıdır. Nə qədər nazikdirsə, o qədər yaxşıdır.
Məndə kündədən təxminən 70 sm. diametrli yayma açılır. Yayılmış xəmir kiçik kvadratlara - 1,5x1,5 sm kəsilir. Hər kvadratın içinə ət qiymısi qoyulur.Sonra içi dolu hər kvadrat yarıdan bükülür və qıraqları yapıshdırılır. Düzbucaqlı dğrdbucağın iki qırağı aşaği aparılıb birləşdirilir. Sanki ləçəkdə kiçicik bir baş alınır.Bu düşbərələr bir dəsmalla örtülmüş məcməyin içinə yığılır. Qazana su töküb, duz əlavə edin. Su qaynamalıdır. Çəkilmiş pomidoru qaynar suya tökün. 1-2 dəqiqədən sonra düşbırələri məcməyidən ovcunuza alıb, qazana atın və qarışdırın.Bişənədək qazanın yanında durun, vaxtaşırı qarışdırın. Duzluğunu yoxlayın. Əgər azdırsa, onda yenə duz əlavə edin. Təxminən 15 dəqiqə bişməlidir. Bir düşbərəni dadıb, ətin bişməsini yoxlayın. Alovdan qazanı çekin. Supqabıya kəsilmiş keşnişi tökün və düşbərəni qazandan supqabıya tökün. Düşbərəni sirkə-sarımsaqla (xirdalanmış) süfrəyə verirlər

Xaş - (Mal ayağı, özüdə qabaq ayaqları və qoca olmasın). Əgər Siz bir dəfə də olsun Azərbaycanda olmusunuzsa, onda, yəqin ki, xaşdan eşidib və ya yemisiz. Xaşı səhər tezdən yeyirlər və bütün Güney Qafqazda o yayılmişdir. Bu Qafqaz kişilərinin istəkli yeməyidir, çünki xaş keçən axşamın yemək-içməyindən sonra çox yerində olur.Ayaqları tükdən təmizləmək üçün oda tutmaq lazımdır. Bir neçə dəfə yumaq, oynaqlar üzrə 2-4 yerə bölmək. Bunları minalanmış qazanın içinə qoymaq, üstünə su tökmək. Kəfi yiğmaq, su qaynayanda, onu boşaltmaq, bir daha ayaqları yumaq və təmiz suyun içinə salmaq. Su 15-20 sm ayaqları örtməlidir və balaca odun üstündə bişirmək. Su bərk qaynamamalıdır.
Vaxtaşırı kəfi yığmaq.Mən bir baş soğan atıram ki, kəf yaxşı yığılsın və kök salıram ki, suyu şəffaf olsun. Bişirilmənin yarısında soğanı və kökü çıxarıb tullayıram. Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edirəm. Ayaqlar o həddə qədər bişirilir ki, əti sümügdən ayrılsın. Xaş gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyun miqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, bulyon yağlı qızılı rəngdə olmalıdır.Xaşı sirkənin içində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə yeyirlər. Həkimlər xaşı sınıqda tövsiyə edirlər. Xaşı adətən kişilər hazırlayırlar. Xaş kişilər üçün dostlarla  vaxtı şən keçirmək üçün gözəl bir bəhanədir. Xaş - dünyada sustlaşmaqdan ən  gözəl üsuldur.
Top