Küftə-bozbaş və Təbriz küftəsi

Küftə-bozbaş və Təbriz küftəsi

Küftə-bozbaş - (500 gr çəkilmiş ət, 250 gr baş soğan, 30  gr düyü, 4 kartof, Turşu (min 4 dənə), Biraz tomat pastası, Yarim dənə təzə pomidor, Noxud, Sarıkök).
Küftə-bozbaş Azərbaycan şorbalarından biridir. Gecədən isladılmlış noxudu yarıbişmiş haladək bişirin. Qiyməni, xırdalanmış soğanı, düyünü (duz və istiot yaddan çıxmasın) yaxşı-yaxşı qarışdırın. Kartofu soyun. Pomidorun qabığını soyun və xırdalayın. Turşunu yuyun.Qazana 1 litr su töküb plitənin üstünə qoyun. Su qaynayana qədər qiyməni 4 yerə bölüb 4 küftə tutun. Hər bir küftənin içinə turşu (quru alça) qoyun. Əllərinizlə küftələri ovuc boyda yaxşıca girdələyin.Su qaynayanda düzəltdiyiniz küftələri bir-bir qazana salın.Plitə orta temperaturda olmalıdır. Bir az qaynadıqdan sonra kəfi yığın, bulyon şəffaf olmalıdır. Yarıbişmiş noxudu və soyulmuş kartofu əlavə edin. Kartof bir az bişəndən sonra, qazana yenə bir qədər alça turşusu ata bilərsiniz. Əgər konservləşmiş hazır noxuddan istifadə edirsinizsə, noxudu ən axırda əlavə etmək lazımdır. 30 dəqıqədən sonra kartofun bişməsini yoxlayın, əgər bişibsə, onda 1,5 çay qaşıqı tomat pastasını və doğranmış pomidoru əlavə edib 15 dəqiqə də bişirin. Küftə hazırdır. Küftənin üstünə quru nanə tökülür. Küftə süfrəyə lavaş və şoraba ilə verilirsə çox ləzzətli olur.




Təbriz küftəsi - (500 gr çəkilmiş qoyun ya mal əti, 250 gr baş soğan125 gr ləpə (yarıya bölünmüş noxud)125  gr düyü2 orta ölçülü  kartof2+3 yumurta1 banka xırdalanmış pomidorGöyərti - cəfəri, keşniş, şüyüdDuz, istiot, sarıkök )
Mən sizə Təbriz küftəsinin reseptini təqdim edirəm. Təbriz Azərbaycanın qədim paytaxtı olmuş, 19-cu yüzilliyin əvvəlində Rus-İran müharibələri nəticəsində Azərbaycan iki hissəyə bölündü. Azərbaycanın böyük hissəsi - Güney Azərbaycan, o cumlədən Təbriz şəhəri İranın tərkibində qaldı. Quzey Azərbaycan isə çar Rusiyasının tərkibində. İndi Azərbaycanın bir hissəsi müstəqil Azərbaycan Respublikasıdır, paytaxtı - Bakıdır. İkiyə bölünmüş Azərbaycanın nümayəndələri arasında nigahlar bütöv Azərbaycanın bir simvoludur.
Bu gün mənim təbrizli qonaqlarım gəlməli idi və mən onların şərəfinə bu küftəni hazyrladım. Saat 8-də başlayan iş, saat 11-də hələ sona çatmamışdı. Əlavə 45 dəqiqə də bişirildikdən sonra küftə hazır oldu.
Qiyməni soğanla qarışdırın. Düyünü sarıköklə yarıbişmiş vəziyyətə çatdırın. Suyunu süzüb qiyməyə əlavə edin. Noxudu və kartofu ayrı-ayrılıqda bişirin. Əzilmiş kartofu və üç çiy yumurtanı qiyməyə qatın. Duz, istiot əlavə edib yaxşica qarışdırın. Sonra qöyərtini əlavə edin (əgər göyərti qurudursa, onda əvvəldən isladın və suyu süzün).

Ayrıca 2 yumurtanı bərk bişirin, qabıqdan təmizləyib 4 hissəyə bölün. Soğanı həlqəvi doğrayın. Böyuk qazana bir qədər yağ töküb soğanı qızılı rəngə düşənədək qızardın. Onun 2/3 hissəsini kənara qoyub, qalan hissəsinə bir banka (450 gr) xırdalanmiş pomidor töküb qızartmağı davam edin. Pomidor qızaranadək, qiyməni 4 hissəyə (mən 5 hissəyə böldüm) bölün. Bu küftə iri olmalıdır. Sonra əllərinizdə qiyməni girdələyib içini dərinləşdirin və ora qızardılmış soğanı, bərk bişirilmiş yumurtanı, quru alçanı yığıb bağlayın və küftəni girdələyin. Qalan qiymədən də eyni qayda ilə küftələr tutub hamısını boşqaba yığın. Küftələrin içinə qoz ləpəsi də qoymaq olar. Alçanın əvəzinə küftənin içinə quru armud, quru albalı da qoyula bilər.Pomidor qızaran kimi, qazana qaynar su tökün. Əgər varsa, turş təzə alça və təzə açı istiot (bibər) əlavə edin. Bunlar qaynayandan sonra küftələri qazana salın və qapağını örtün. Bir müddətdən sonra küftə və tərəvəz üzə çixacaq. Bundan sonra qazanı 45 dəqiqə də vam odda saxlayın.Küftəni və bulyonu süfrəyə ayrıca verirlər. Bulyonu şorba kimi yeyirlər, küftəni isə quru xörək kimi. Mən istiotları çixarıb atıram

Top