Qaraçı — bu öz adətləri və fərqli xüsusiyyətləri ilə seçilən romanlara verilən bir adddır. Fərqli geyimləri, ənənə və mədəniyyətləri ilə fərqlənən bu xalqı heç vaxt anlaya bilməmişik.
Ailə həyatı çox tez başlayır
Qaraçı qızları üçün ailə qurmaq yaşı 14-dür. Adətə görə, 14 yaşı tamam olan qız artıq məclislərdə oynamağa subay oğlanların və onların atalarının diqqətini çəkməyə çalışır. 19 yaşında ailə qurmayan qız «qoca qız» hesab edilir.
Kiloqramla qızıl
Qaraçı ailələrində toy günü xeyli maraqlı olur. Gəlinin atası və qardaşı ona ya kiloqram, ya da bankalarda qızıl hədiyyə edir. Bankaların içi qızıl üzük, bilərzik, sırğa ilə dolu olur. Ailənin yaşlı qadınları Qaraçı ailəsi üçün toy günü qızın bakirə olması vacibdir. Həmin gün ailənin yaşlı qadınları qızın bakirə olub-olmadığını yerindəcə öyrənmək üçün gəlin otağında gizlənir. Daha sonra qanlı mələfə sinidə bütün qonaqlara göstərilir.
Qadağa
Qaraçı qız və ya oğlan başqa millətdən olan biri ilə heç zaman ailə qura bilməz. Bu qadağandır.
Uşaq oğurlayırlar
Qaraçı ailəsində oğlan uşağına daha yüksək dəyər verilir. Hər ailədə heç olmazsa, bir oğlan olmalıdır. Bu, mümkün olmadıqda, onlar başqa millətdən də olsa, oğlan uşağı övladlığa götürürlər. Müxtəlif vaxtlarda qaraçıların uşaq oğurlaması barədə yayılan miflər də buradan qaynaqlanır.
Məktəbləri seçmirlər
Qaraçı ailələrində məktəbə münasibət fərqlidir. Onlar hesab edir ki, uşaq bir neçə il məktəbdə oxusa, yetərlidir. Daha sonra ailə işi ilə məşğul olmalıdır. Məsələn, 3-cü sinifdən sonra uşağın oxumasındansa, ailə işləri ilə məşğul olmalarını daha vacib hesab edirlər.
Qadın kişidən üstün ola bilməz
Bir qaraçı ailəsində qadın heç zaman kişidən yüksək ola bilməz. Hətta iki mərtəbəli evdə kişi birinci mərtəbədədirsə, qadın ikinci mərtəbə qalxa bilməz.
Qadınlar həmişə iki-iki ətək və önlük geyinməlidir
Qaraçı qadınları həmişə iki ətək və önlük geyinməlidir. Çünki birinci ətək bədənə dəydiyinə görə natəmiz hesab edilir. İkinci isə nisbətən təmiz olur. Yalnız üstdəki ətəyə toxunmaq, qab-qacaq söykəmək, əlləri silmək olar.
Öz məhkəmələri
Qaraçıların öz məhkəmələri var. Orada hakimlər ən hörmətli qaraçılar olur. Onlar tərflərin arqumentlərini dinləyir, hökm çıxarır. Ən ciddi cəza isə icmanı tərk etməkdir.
And yeri-tabut
Bu xalqın özünəməxsus and yeri var. Hər hansı bir qaraçı haqlı olduğunu sübut etmək üçün tabuta uzanır və and içir. Yalan danışırsa, o qısa zamanda tabuta uzanacaq.
Valideynlərinin dəfni üçün pul yığır
Qaraçıların zəngin dəfn mərasimləri təşkil etmək adətləri var. Bir ildə isə valideynin dəfni üçün pul toplamaq asan deyil. Əgər ölüm birdən baş verərsə, bütün qohumlar pul yığır. Ən vacib məqam isə qəbrin üzərindəki abidənin təmtəraqlı olmasıdır.