Vaxtınızı özünüzə ayırın, təşkilatçılığı mənə buraxın!

Vaxtınızı özünüzə ayırın, təşkilatçılığı mənə buraxın!

Toy, nişan, ad günü  — bütün xeyir işlərdə çoxlu sayda maraqlı və gözəl bəzəklər görürük .Bir hədiyyə toplusu olan xonça bəzətmək  Azərbaycanın qədim ənənələrindən biridir. Son zamanlar bu adətlər daha da genişlənib və müasirləşib. Müsahibimiz “Chinara Aliyeva Art Studio”nun yaradıcısı Çinarə Əliyeva bizə tədbir təşkilatçılığı haqda danışdı.

Art studiyanızın Xonça bölməsinin adından belə çıxır ki, siz xonçaların bəzədilməsi ilə məşğulsunuz.


Xonçaların bəzədilməsi art studiyamın əsas istiqamətlərindən biridir. Toy, nişan, ad günü, uşaq bayramları və sairə bayram əhval-ruhiyyəli tədbirlərin bəzədilməsi ilə məşğuluq. Lakin Chinara Aliyeva Art Studio olaraq biz digər kreativ xidmətlər də göstəririk – dizayn, hədiyyə rəsmlər, TV storibordların çəkilməsi və s.

Xonça bəzədilməsinə sizi nə ilhamlandırır?

Xonça özü gözəllikdir. Onun bəzədilməsinə məni ətrafda gördüyüm bütün gözəlliklər ilhamlandırır. İdeyaların özəyi təbiətdən götürülür. Amma, təbii ki, Rəssamlıq Akademiyasında aldığım xalçaçı-rəssam təhsili də mənə işimdə kömək edir.
Sirr deyil ki, bütün qızlar çiçəkləri sevir. Təsəvvür edin, hər gün çiçək və bəzək əşyaları ilə işləməkdən necə zövq alıram. İnsanları sevindirməkdən, onlara pozitiv verməkdən yaxşı nə ola bilər ki?! Ümumiyyətlə, tədbir təşkilatşılığı yeganə işlərdəndir ki, onunla məşğul olarkən mən dincəlirəm.

Bəzək işlərində daha çox nəyə fikir verirsiniz?

Mənim üçün hər bir müştəri, işimin hər detalı çox önəmlidir. Buna görə, mən zalların bəzədilməsindən tutmuş hər ayrıca çələngin ya bəzəkli qolbağın, şamdanların, konfetlərin gözəl bəzədilməsinə diqqət yetirirəm. Çalışıram hər bir işimdə rənglər və formalar harmoniya təşkil etsin.
Hər müştəriyə özəl olaraq yanaşıram və heç bir işim digərini təkrarlamır.

Hədəf və məqsədləriniz?

Yaxınlarda mən tədbir təşkilatçılığında yeniliklər etməyə hazırlaşıram. Qarşımda qoyduğum əsas məqsəd isə Azərbaycan xonçalarını xaricdə tanıtmaqdır. Hədəflərdən danışarkən hər zaman müştərilərimə dediyim cümləni xatırlatmaq istəyirəm: “Siz vaxtınızı özünüzə ayırın, təşkilatçılığı mənə buraxın”.

Çətin olmayacaq ki?

Təbii ki, çətinlik hər işdə var. Amma mən tədbir təşkilatçığını uğurla yeni səviyyəyə qaldıracağıma inanıram. Və bunda çox həvəsliyəm. İşim həm müştərilərimə, həm də özümə sevinc gətirir.

Top