Yemək adətləri

Yemək adətləri

Yemək mədəniyyəti ilə bağlı hər ölkənin özünün xas adət və tabuları var. 

Çind yemək yeyərkən yemək çubuqlarını qətiyyən kiməsə doğru uzatmayın.

Koreyada masa başında oturan ən yaşlı biri yeməyə başlamadan süfrəyə əl uzatmayın.

Çilidə pizzanı əllə yeməyin.

İtaliyada yeməkdən sonra pendir istəmək aşbazın yemək bişirmə bacarığını təhqir etmək mənasını verir.

Tanzaniyada yeməyə dəvət edildiyiniz evə 20 dəqiqə gecikin. Tez getmək ev sahibini təhqir etmək deməkdir.

Rusiyada şərab şüşəsi bitəndən sonra onu yenidən süfrəyə qoymaq uğursuzluq sayılır.

Rusiyada bıçaq, ya qaşığa batmış yeməyi yalamaq kobud davranış kimi qəbul edilir.

Çində uzun əriştələr uzunömürlülük anlamına gəldiyi üçün onları kəsməməlisiniz. Kəssəniz, ömrünüzü qısaltmış olarsınız.

İndoneziyada hər iki əliniz də daima masanın üstündə olmalıdır .

İtaliyada ilk yemək təklifinə nəzakətli şəkildə etiraz edin. İkinci yemək təklifini mütləq qəbul edin.

Yamaykada insanlar danışmayan uşağa toyuq yedizdirilərsə, heç vaxt danışmayacağnı düşünürlər. Buna görə də uşağa toyuq verməzlər.

Nigeriyada insanlar yumurta yeyən uşaqların oğru olacağını düşündüyü üçün onlara yumurta verməzlər.

Fransada yeməyi tələsik yemək kobudluq kimi qəbul edilir.

Yaponiyada yediyiniz yeməyin çubuqlarını dik tutmayın. Bu, yemək yediyiniz ev sahibini, restoranı lənətləmək kimi başa düşülür.

Fransada yeməyin artığını boşqabda saxlamayın, ya da paketlənməsini istəməyin. Hər ikisi də yeməyi bəyənmədiyiniz mənasını verir.

Almaniyada yalnız çörəyin əllə yeyilməsi müsbət qarşılanır.

Qazaxıstanda fincanlara çayı yarımçıq tökərlər. Fincanın ağzına kimi doldurulması, ev sahibinin sizin getməyinizi istəməsi kimi başa düşülür.

Azərbaycanda duzu yerə tökməyin. Bu, dava edəcəksiniz mənasını verir. Adətən tökülən duzun üzərinə qənd qoyulur.

Misirdə əli duz qabına uzatma, aşbaza təhqir kimi başa düşülür.

 Estoniyada yerə düşən çörəyi öpürlər.

Cənubi Koreyada bir şey içərkən başınızı çevirib uzaqlara baxın.
Top