Dünyanın ən kiçik şəhəri: Hum

Dünyanın ən kiçik şəhəri: Hum

 
Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır. 

Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və sairlərinin qalıqları var.

Hum — 349 metr yüksəklikdə bir təpənin üstündə yerləşir. Şəhər XI-ci əsrdə qədim Roma qəbiləsinin qalıqları üzərində qurulmuşdur.

Hum Ginnes Rekordlar Kitabına dünyanın ən kiçik şəhəri olaraq daxil edilmişdir. Əfsanə görə — Hum nəhənglərin əl işidir. Nəhənglər Mirna çayının vadisində şəhərlər qurduqdan sonra, onların əlində bir neçə daş qalmışdı ki, nəhənglər də o daşlara Hum qalasını tikdilər.

Şəhər erkən orta əsrlərdə olduğu kimi görünür. Əsrlər boyu şəhərdə heç bir tikili tikilməyib, heç bir şey dəyişməyib. Şəhər, orijinal formasında olduğu kimi daş evlərlə əhatə olunub. Şəhərin dörd bir yanından əhatə olunduğu heyrətamiz meşə mənzərəsi göz qamaşdırır. 

portal.azertag.az
Top