Rembradtın əsərlərinə baxmaq, yoxsa Qırmızı fənərlər küçəsi ilə gəzmək? Bərədə yaşamaq və hər gün təzə çiçəyin ətrini hiss etmək, yoxsa, yerli bazarda xırda əşyalar axtarmaq? İcarəyə velosiped götürərək idmanla məşğul olmaq, yoxsa, bütün axşamı kofe mağazalarında keçirtmək? Əgər siz istirahətinizi harada keçirməyinizi bilmirsizsə, onda Amsterdama getməyin əsas səbəblərini oxuyun.
Bərədə yaşamaq imkanı
Rahat və öyrəşdiyiniz yaşayış yerinizi, ətrafda yalnız suyun olduğu bərəyə dəyişə bilərsiniz. Çox adam həmişəlik buna razılaşmasa da, etiraf edək ki, hamımız istirahətimizi belə keçirmək istərdik. Amsterdamın coğrafi şəraitinə görə orada bərədə yaşayış yeri tapmaq heç də çətin deyil. Amstel Botel kimi 175 nəfərli, bahalı La Maroxidien və normal cibə uyğun olan Maria Alberta bərə-otelləri Amsterdamda fəaliyyət göstərir.
Economist Intelligence Unit dərgisi “Dünyanın ən bahalı şəhərləri – TOP 10” siyahısını yenilədi.
2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu sizə təqdim edirik:
1. Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi.
Çörək: 3,36 $
5 il bundan əvvəl: 2,90 $
Leonardo Da Vinçi və Dantenin, Kolizey və Pizan qalasının, makaron və pizzanın vətəni olan möhtəşəm İtaliya bu gün də gözəl dağ və dəniz peyzajları, orta əsr şəhərlərinin qeyri-adi memarlığı və hər yerdə hiss olunan qədim mədəniyyəti ilə bütün dünyadan tuirstləri cəlb edir. İntibah dövrü mədəniyyətinin izləri burada memarlıqdan, rəssamlıq və musiqidən tutmuş hər şeydə görünür. «Əbədi şəhər» Roma – öz meydanları və fontanları, qədim abidələri və Vatikan muzeyləri ilə ürəyinizi fəth edəcək. Renessansın beşiyi olan Florensiya heç də Romadan geri qalmır. Burada demək olar ki, hər bir ev incəsənət abidəsidir. Sevgililərin arzusu və karnavallar vətəni olan Venesiya şəhəri 122 adaya bölünən, çoxsaylı kanallarla hərəkət edən qondolalarla bütün turistləri cəlb edir.
Neapolda siz şən mahnılarla və dağılmış Pompeylə, portağal meşəcikləri və boz Vezuvi ilə, Milan isə mövsümün ən dəbli geyimləri ilə tanış olacaqsınız. İtaliya, həmçinin, gözəl çimərlikləri ilə də fərqlənir. Burada aktiv istirahət etmək üçün hər cür şərait var. Bütün dünyadan turistlər bura xizək sürmək, dəniz dibi və kanyonları tədqiq etmək, çaylarla səyahət etmək və Avropanın «çəkmə»si üzərindən uçmaq üçün gəlirlər. Italiya sizi biganə qoymayacaq. O sizin ürəyinizi fəth edəcək, sizi valeh edəcək. Siz Sofi Lorenin vətənini tərk edəcəyiniz günün gəlməsinə heyfslənəcəksiniz. Amma, ruhdan düşməyin, məşhur Trevi fontanına qəpik atın və siz mütləq bura bir daha qayıdacaqsınız. Məhz onda Çao — «sağol», Çao İtaliya salamlaşmasına çevriləcək!
İtaliyaya səyahət etməyin bir çox vacib səbəbi var: tərtəmiz dəniz, ən yaxşı çimərliklər, valehedici mənzərələr, saysız-hesabsız qədimi muzeylər.
Heç vaxt İtaliyada olmayanlara klassik marşrutla hərəkət etməyi məsləhət görərdim: Roma, Venesiya, Florensiya, Neapol, Rimini və San-Marino Respublikası, Piza, Paduya hərdən onlara Verona da əlavə olunur. Sonradan qayıdıb qayıtmayacağınızı müəyyənləşdirməkdən ötrü ölkənin ən məşhur şəhərlərini mütləq ziyarət etmək lazımdır (amma qayıtmaq istəməyəcəyinizə heç bir şübhə yoxdur). Əsl cənnət isə İtaliyanın cənubudur. Onu tələsmədən, həzzi mümkün qədər uzadaraq öyrənmək lazımdır.
Təbii ki, İtaliya haqqında söhbətə Romadan (Rome) başlamaq lazımdır. Tibr sahilində gəzişmək, yarıdağılmış kolizeyi seyr etmək, imperator saraylarının dağıntıları arasında və ya İspaniya meydanının pilləkənlərində dincəlmək inanılmaz təəssüratlar bağışlayır. Bütün bunları etdikdən sonra isə ürəyinizdə niyyət tutub, Trevi fəvvarəsinə dəmir pul atmağı unutmayın. Deyilənlərə görə, bununla bütün arzular çin olur. İtaliyanın bütün şəhərləri, istisna olmadan öz gözəlliyi və cazibədarlığı ilə seçilir.